Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HÉNDEL
    HÉNDEL (Händel, Handel) Georq Fridrix (23.2.1685, Halle – 14.4.1759, London; Vestminster abbatlığında dәfn olunmuşdur) – alman vә ingilis bәstәkarı. 18 әsr Qәrbi Avropa musiqisinin әn görkәmli nümayәndәlәrindәn biridir. Mәnşәcә saksoniyalı olan H. musiqiçi kimi Almaniyada formalaşmış, lakin daha çox İngiltәrәdә yaşamışdır (1726 ildәn Britaniya tәbәәsi); yaradıcılığı hәmçinin ingilis mәdәniyyәti kontekstindә inkişaf etmişdir. H. orqançalan vә bәstәkar F.V.Tsahaunun rәhbәrliyilә tәlim almış vә 17 yaşında Halledәki baş kalvinist kilsәsinin orqançalanı olmuşdur. 1703 ildә Hamburq opera teatrının orkestrin dә çıxış etmiş (ikinci violinçi, sonra klavesinçi), bәstәkar kimi debütü 1704 ildә “Çar mәhәbbәtinin dönüklüyü, yaxud Kastilya kraliçası Almira” alman operası ilә olmuşdur. Bu vә sonrakı “Qan vә ya cinayәtlә әldә olunmuş sevgi, yaxud Neron” (1705) operasının uğurla tamaşaya qoyulması H.-in İtaliyaya dәvәt edilmәsinә sәbәb oldu; bәstәkar 1706 ilin payızından 1710 ilin әvvәlinәdәk orada yaşamış, görkәmli musiqiçilәrlә (A.Korelli, A. vә D.Skarlattilәr vә b.) tanış olmuş vә qısa müddәtdә italyan musiqisinin mühüm janrlarını mәnimsәmişdir: “Rodriqo” (1707, Florensiya) vә “Aqrippina” (1709, Venesiya) operaları, “Dirilmә” (1708, Roma) oratoriyası, hәmçinin çoxsaylı solo kantatalar. 1710–16 illәrdә Hannover kurfürstünün (1714 ildәn ingilis kralı I Georq) saray kapelmeysteri olmuş, hәm Hannoverdә, hәm dә Londonda yaşamışdır. 1711 ildә Londonda “Rinaldo”, sonralar isә daha 4 operası – “Sәdaqәtli çoban” (1712), “Tezey” vә “Sulla” (hәr ikisi 1713 il), “Amadis” (1715) tamaşaya qoyulmuşdur. 1716 ilin axırında hәmişәlik İngiltәrәyә köçmüşdür. 1717–18 illәrdә qraf Karnarvonun (sonralar Çandos hersoqu) yanında xidmәt etmiş, burada ingilis musiqi janrlarını mәnimsәmişdir (“Asis vә Qalateya”, “Esfir” maskaları, hәmçinin 11 mәşhur “Çandos antemlәri” bu dövrә aiddir). H.-in opera yaradıcılığının çiçәklәnmә dövrü Kral musiqi akademiyasının musiqi rәhbәri vәzifәsindә çalışdığı 1720–28 illәrә tәsadüf edir. Burada onun “Radamist” (1720), “Tamerlan”, “Yuli Sezar” (hәr ikisi 1724) vә s. şedevr әsәrlәri tamaşaya qoyulmuşdur. Ümumilikdә H. tarixi vә ya tariximi foloji süjetlәr әsasında 42 opera yazmışdır. 1730-cu illәrdәn oratoriya (xorunda iştirak etdiyi tәqr. 25-әdәk genişmiq yaslı epic vә dramatic bәstәlәr) bәstәkarın yaradıcılığında aparıcı yer tutmuşdur. “Saul”, “İsrail Misirdә” (hәr ikisi 1739), “İosif vә qardaşları” (1743), “Valtasar” (1745), “Solomon” (1749) vә s. H.-in oratoriyalarının Britaniya tamaşaçıları arasında geniş şöhrәt qazanması bәstәkarı İngiltәrәnin milli qәhrәmanına çevirmişdi. 1751 ildә tamamilә kor olmasına baxmayaraq, H. daha iki oratoriya (“İevfay”, 1752; “Zamanın vә Hәqiqәtin zәfәri”, 1757) bәstәlәmiş, ömrünün sonunadәk konsertlәrdә çıxış etmişdir. Oratoriyalarının çoxu 18 әsrin fәlsәfi vә siyasi ideyaları ilә sәslәşәn dini süjetlәr әsasında yazılmışdır. “Kraliça Annanın movluduna oda”, “Aleksandrın tәntәnәsi”, “Müq. Sesiliya günü münasibәtilә oda”, “Parnasda şәnlik”, kantata-oratoriya tipli әsәrlәri, hәmçinin bәstәkarın dini musiqisi (28 antem, “Brokesin xatirәsinә passionlar”, 5 Te Deum vә s. kilsә oxumaları stilistik cәhәtdәn oratoriyaya yaxındır. H.-in kamera vokal musiqisi dә (100-ә yaxın solo kantata, vokal duetlәr, ariyalar, ingilis mahnıları) önәmlidir. Orkestr üçün әsәrlәri: 6 concerti qrossi op. 3 vә 12 concerti qrossi op. 6; 3 “Su üzәrindә musiqi” süitası vә “Atәşfәşanlıq musiqisi” süitası; orqan ilә ork. üçün 11 konsert (op. 4 vә op. 7); arfa ilә ork. üçün konsert (op. 4 №6); nәfәs vә simli alәtlәr üçün 3 corcerti a due cori vә s. 20-yә yaxın trio-sonata (o cümlәdәn 6 sonata op. 2 vә 7 sonata op. 5), bir o qәdәr dә fleyta (violin, qoboy) üçün solo sonatalar vә basso kontinuo (o cümlәdәn 12 sonata op.1). H-ın. yaradıcılığının nәinki 18 әsr ingilis musiqisinә, hәm dә bütün Avropa musiqi sәnәtinin inkişafına, hәmçinin K.V.Qlyuk, Y.Haydn, V.A.Motsart vә H.-i dahi bәstәkar hesab edәn L. van Bethovenә tәsiri olmuşdur.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU