Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HENİ (Henie) Sonya
    HENİ (Henie) Sonya (8.4.1912, Kristianiya, indiki Oslo – 12.10.1969) – Norveç vә ABŞ idmançısı, aktrisa. İdman tarixindә tәk sürüşmәdә yeganә 3 dәfә Olimpiya çempionu (1.1.2017 il mәlumatına görә). 1941 ildә ABŞ vәtәndaşlığını qәbul etmişdir. H. 12 yaşında Şamoni (1924) Qış Olimpiya Oyunlarında iştirak etmiş vә 8-ci yeri tutmuşdur. 2 ildәn sonra dünya çempionatında (1926) debüt etmiş vә gümüş mükafata layiq görülmüşdür. Öz proqramına “Sonalar gölü” baletindәn A.V.Pavlovanın rәqs elementlәrini daxil etmiş vә dünya çempionatında (1927) ilk qızıl medalını qazanmışdır. Sonralar heç bir startda mәğlub olmamış (1928–36), üç Ağ Olimpiadanın (1928, Sankt-Morits; 1932, Leyk-Plesid; 1936, Qarmiş-Partenkirxen), 9 dәfә dünya (1928–36, fiqurlu sürüşmә tarixindә unikal hadisә), 6 dәfә Avropa (1931–36), 7 dәfә Norveç (1923–29) çempionu olmuşdur. Milli çempionatlarda qoşa sürüşmәlәrdә (1926–28; A.Li ilә birlikdә) üç dәfә qәlәbә qazanmışdır. 1937–45 illәrdә Hollivudda 13 filmdә, o cümlәdәn “Nazik buz” (1937), “Günәşli vadinin serenadası” (1941; “Oskar” mükafatının üç nominasiyasına layiq görülmüşdür) filmlәrindә baş rollardan birinә çәkilmişdir. 1968 ildә hәyat yoldaşı norveçli biznesmen vә xeyriyyәçi N.Unstadla birlikdә hәr il 100 minә yaxın ziyarәtçisi olan Heni – Unstad İncәsәnәt Mәrkәzini (Oslo yaxınlığında Akershus qub., Berum kommunası) yaratmışdır. Parisdәn Osloya uçarkәn tәyyarәdә vәfat etmişdir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU