Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HÉNRİX ASLAN
    HÉNRİX ASLAN (Heinrich der Löwe) (1129 – 6.8.1195, Braunşvayq) – Velflәr nәslindәn Saksoniya [1142–80] vә Bavariya [1156–80] hersoqu. Bavariya [1126–38] vә Saksoniya [1137–39] hersoqu Mәğrur Henrixin oğludur. 1142 ildә atasının hakimiyyәti dövründә itirilmiş (1138) Saksoniyanı öz hakimiyyәti altına qaytarmışdır. 1147 ildә Ayı Albrextlә birlikdә slavyan torpaqlarına uğursuz sәlib yürüşünә başçılıq etmişdir. 1156 ildә, Avstriya torpaqları istisna olmaqla, Bavariyanı әldә etdi. 1159 ildә H.A.Lübeki yenidәn qurmaqla Baltika dәnizi hövzәsindә alman ticarәtinin inkişafına şәrait yaratdı. 1160 ildәn etibarәn hәyata keçirdiyi bir neçә yürüş nәticәsindә Elba çayından şәrqdә polablara mәxsus әrazilәri әlә keçirdi. 1164 ildә len qismindә Aşağı Pomeraniyanı aldı. 1170-ci illәrin әvvәllәrindә H.A.-ın qüdrәtinin xeyli yüksәlmәsi I Fridrix Barbarossanın narahatlığına sәbәb oldu. H.A.-ın 1176 ildә imperatorun Lombardiya liqasına qarşı yürüşündә iştirakdan imtina etmәsi Fridrixin onunla münasibәtlәrini tamamilә pislәşdirdi. H.A.-ın öz torpaqlarındakı әyanlarla, hәmçinin bir çox dini vә dünyәvi alman knyazları ilә münaqişәlәri nәticәsindә vәziyyәt daha da kәskinlәşdi. 1180 ildә Fridrix tәrәfindәn tәşkil olunmuş mәhkәmә prosesi nәticәsindә H.A.-ın mülklәri rәqiblәri (Braunşvayq vә Lüneburq istisna olmaqla) arasında bölüşdürüldü, özü isә 1181 ildә İngiltәrәyә sürgün edildi. I Fridrix Barbarossanın ölümündәn sonra H.A. imperator VI Henrix Ştaufenlә barışmağa nail oldu vә mülklәrinin bir qismini geri qaytardı. 1194 ildә sürgündәn qayıtdı.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU