Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HENRİX 
    HENRİX (Henry) – İngiltәrә krallarının adı. H e n r i x I (1068, Selbi (?) – 1.12.1135, Lion-la-Fore) – İngiltәrә kralı [1100–35], Normandiya hersoqu. İşğalçı Vilhelmin kiçik oğludur. Böyük qardaşı II Vilhelmin [1087–1100] ölümündәn sonra hakimiyyәti әlә keçirmişdi. 1106 ildә İngiltәrә taxtına iddia edәn böyük qardaşı Normandiya hersoqu II Roberti [1087–1106] mәğlub edәrәk әsir almış vә Normandiyanı ingilis mülklәrinә qatmışdı. Dövlәt aparatını xeyli möhkәmlәndirmişdi. I H. dövründә kral kuriyası mәrkәzi idarә aparatı kimi formalaşmışdı. Elm vә incәsәnәti himayә edirdi. Anql-saksları vә normandları birlәşdirmәk mәqsәdilә Tövbәkar Eduardın qanunlarını yenidәn qüvvәyә mindirmişdi. İngilis yepiskoplarını tәyin etmәk hüququ ilә әlaqәdar Roma papası ilә münaqişәyә girmişdi. 1107 il razılaşmasına görә ingilis katolik prelatlarından kilsә torpaqlarına sahib olduqları zaman feodal andiçmәsini qәbul etmәk hüququnu özündә saxlamışdı. 1127 ildә qızı Matildanı öz varisi tәyin etmiş, onu 1128 ildә Anju qrafı V Joffrua Plan tagenetә әrә vermәklә Fransanın şm.- ında İngiltәrәnin mövqeyini möhkәmlәndirmişdi. H e n r i x I I (5.3.1133, Le-Man – 6.7.1189, Şinon) – Plantagenetlәr sülalәsindәn ilk İngiltәrә kralı [1154–89]. Anju qrafı V Joffrua Plantagenetin vә Normandiyalı Matildanın oğludur. 1152 ildә Akvitaniyalı Eleonora ilә evlәnmişdir. Fransada geniş torpaq mülklәrinә malik idi. Normandiya vә Akvitaniya hersoqu, Anju, Tur vә Men qrafı titullarını daşımışdır. İngiltәrә taxtı uğrunda I Henrixin qızı Matilda ilә qohumu Stefan arasında mübarizә nәticәsindә yaranmış qarışıqlıqdan sonra hakimiyyәtә gәlmişdir. İngiltәrәdә mәrkәzlәşdirilmiş feodal dövlәtinin möhkәmlәndirilmәsi siyasәtini yürütmüşdür. Kilsә mәhkәmәlәrini dünyәvi hakimiyyәt orqanlarına tabe etmәk cәhdlәri Kenterberi arxiyepiskopu T.Beketlә münaqişәyә vә onun öldürülmәsinә, Roma papası III Aleksandr ilә ixtilaflara vә barışmasına gәtirib çıxarmışdı. II H.-in hakimiyyәti zamanı İrlandiyanın işğalı başlamışdı (1169); 1171–75 illәrdә o, “İrlandiyanın suvereni” titulunu daşımışdır. Ömrünün sonlarında Fransa mülklәrindә oğlanlarının qiyamını yatırmağa çalışmışdır. H e n r i x I I I (1.10.1207, Uinçester – 16.11.1272, London) – Plantagenetlәr sülalәsindәn İngiltәrә kralı [1216–72]. Torpaqsız İoannın oğludur. 1258 ildә III H. ölkәdә baron oliqarxiyası rejimini bәrqәrar edәn “Oksford qәtnamәsi”ni, sonra isә baronların özbaşınalığını nisbәtәn mәhdudlaşdıran “Vestminster qәtnamәsi”ni im zalamışdır. Onun “Oksford qәtnamәsi”ndәn imtina etmәsi vәtәndaş müharibәsinә (1263–67) gәtirib çıxarmışdı. Baron müxalifәtinә başçılıq edәn Lester qrafı S. de Monfor 1264 ildә kral qoşunlarını mәğlub edәrәk III H.-i әsir almışdı. De Monforla razılaşmaya әsasәn 1265 il yanvarın 20-dә ilk İngiltәrә parlamenti çağırılmış, silki nümayәndәlik yaranmışdı. Kral tәrәfdarlarının müxalifәt qoşunlarını darmadağın etmәsindәn vә de Monforun hәlak olmasından (1265, avqust) sonra III H.-in hüquqları tamamilә bәrpa edilmişdi (1266). H e n r i x I V Bolinqbrok (1366, Linkoln şir qraflığı, Bolinqbrok qәsri – 20.3.1413, London) – İngiltәrә kralı [1399– 1413], Lankasterlәr sülalәsinin (Plantagenetlәrin qolu) banisi. Lankaster hersoqu C.Qontun oğludur. 1397 ildә II Riçardın dövlәt çevrilişini dәstәklәmiş, lakin az sonra onun tәrәfindәn İngiltәrәdәn sürgün edilmişdi. 1399 ildә Şimali İngiltәrә baronlarının qiyamına başçılıq etmiş, II Riçardı devirәrәk kral olmuşdur. IV H.-in hakimiyyәt dövrünü iri feodalların qiyamlarına, Uelsdәki üsyanlara, şotlandların basqınlarına qarşı mübarizә sәciyyәlәndirir. Katolik kilsәsini dәstәklәyәn IV H. erkәn Reformasiya hәrәkatlarını yatırmağa çalışmış, 1401 ildә lollardlara qarşı yönәlmiş statut (akt) qәbul etmişdir. H e n r i x V (16.9(?).1387, Monmut – 31.8.1422, Bua-de-Vensenn) – Lankasterlәr sülalәsindәn İngiltәrә kralı [1413–22]. IV Henrixin oğludur. Feodal әyanları ilә barışmağa cәhd edәrәk atasının müsadirә etdiyi mülklәri onlara qaytarmışdı. 1414 ildә lollardların üsyanını yatırmış, Yüzillik müharibәnin (1337–1453) gedişindә, 1415 il oktyabrın 25-dә Azenkur yaxınlığında fransızları mәğlub etdikdәn sonra, Paris dә daxil olmaqla, Fransanın şm.-ını işğal etmişdir. Böyük tәfriqәnin başa çatdırılması mәqsәdilә Konstansa kilsә mәclisindә (1414–18) V Martinin Roma papası seçilmәsini dәstәklәmişdir. Trua müqavilәsinә (1420) görә, Fransa taxtının varisi, Fransanın regenti kimi tanınmış vә Fransa kralı VI Karlın qızı Yekaterina Valua ilә nikah bağlamışdır. Dofinlә (Fransanın gәlәcәk kralı VII Karlla) müharibәni davam etdirmişdir. H e n r i x V I I (28.1.1457, Pembruk – 21.4.1509, Riçmond) – Tüdorlar sülalәsindәn (Lankasterlәrin qolu) ilk İngiltәrә kralı [1485–1509]. Kral VI Henrixin ögey qardaşı Edmund Tüdorun vә kral III Eduardın nәslindәn olan Marqarita Bofortun oğludur. Al vә Ağ qızılgül müharibәlәri (1455–85) dövründә anası ilә Fransada yaşamışdır (1471 ildәn). 1485 ildә İngiltәrәyә yürüş etmişdir. Avqustun 22-dә Bosvort yaxınlığındakı döyüşdә kral III Riçardın ordusu mәğlub edilmiş, III Riçard hәlak olmuşdur. VII H. döyüş meydanında qalib qismindә kral elan edilmişdir. 1486 ilin yanvarında IV Eduardın qızı Yelizaveta York ilә evlәnәrәk Lankasterlәr ilә Yorklar arasındakı düşmәnçiliyi aradan qaldırmış vә bununla da Al vә Ağ qızılgül müharibәlәrinә son qoymuşdur. VII H. Fransadakı keçmiş ingilis mülklәrini qaytarmaq planlarından әl çәkmiş, ölkәni sülh şәraitindә idarә etmiş, Fransanın, İspaniyanın vә Şotlandiyanın hakim sülalәlәrinin nümayәndәlәri ilә övladlarının nikahlarını bağlamışdır. Feodal әyanlarının qüdrәtini mәhdudlaşdıran bir sıra tәdbirlәr hәyata keçirmiş, sui-qәsdlәrin tәhqiqatı üçün fövqәladә mәhkәmәlәr (1487 ildәn “Ulduz palatası”) yaratmışdır. VII H.-in hakimiyyәti dövründә ingilis mütlәqiyyәtinin әsası qoyulmuşdur. Müsadirә vә sәrt vergi siyasәti sayәsindә xәzinәni doldurmuş, ticarәti, gәmiçiliyi himayә etmiş, Nyufaundlendin kәşfi ilә nәticәlәnәn C.Kabotun Amerikaya ekspedisiyasını dәstәklәmişdir. H e n r i x V I I I (28.6.1491, Qrinviç – 28.1.1547, London) – Tüdorlar sülalәsindәn İngiltәrә kralı [1509–47]. VII Henrixin kiçik oğludur. Yaxşı tәhsil almış, bir neçә dilә yiyәlәnmiş, Rotterdamlı Erazmla yazışmışdır. İfrat katolik olmuş, 1521 ildә M.Lüterә qarşı müraciәtnamә ilә çıxış etmişdir. İngilis mütlәqiyyәtini möhkәmlәndirmәk vә kral xәzinәsini doldurmaq mәqsәdilә Reformasiya keçirmişdir. Roma papası ilә münasibәtlәrinin pozulmasından sonra 1534 ildә parlament tәrәfindәn anqlikan kilsәsinin başçısı elan olunmuşdur. 1535 ildә Reformasiyaya qarşı çıxan T.Mor (1529 ildәn lord-kansler) vә yepiskop C.Fişer edam edilmişlәr. 1536 vә 1538 illәrdә monastırların torpaqları müsadirә olunaraq yeni zadәganların mülkiyyәtinә verilmişdi. Bu siyasәtә qarşı müqavimәt amansızlıqla yatırılmış, kralın kilsә üzәrindә üstünlüyünü tanımayan köhnә feodal nәsillәri mәhv edilmişdi. Aqrar çevrilişin başlanması şәraitindә VIII H. çәpәrlәmәlәri mәhdudlaşdıraraq torpaq sahibliyinin köhnә feodal strukturunu saxlamağa çalışmışdır. Müsadirә nәticәsindә kәndlilәrin pauperlәşmәsinin güclәnmәsi şәraitindә sәrsәrilәr vә dilәnçilәr әleyhinә statutlar (qanunlar) qәbul etmiş, onların kütlәvi edamlarını hәyata keçirmişdir. İngiltәrәyә qarşı düşmәnçilik edәn İspaniya vә Fransa ilә növbә ilә ittifaq bağlamış, Şotlandiyaya qarşı müharibә aparmış, 1536–43 illәrdә Uelsi İngiltәrәyә qatmış, 1541 ildә İrlandiya kralı titulunu qәbul etmişdir. VIII H.-ә bir çox bәdii әsәr, o cümlәdәn U.Şekspirin pyesi hәsr olunmuşdur.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU