Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HEPATİT
    HEPATİT (yun. ήπαρ, yiyәlik halda ήπατος – qara ciyәr + it) – qara ciyәrin iltihabi (infeksion, auotoimmun, dәrman vә s.) xәstәliklәr qrupu; qara ciyәrin leykositar–histiositar infiltrasiyası vә hepatositlәrin nekrozu ilә sәciyyәlәnir. Kәskin vә xroniki (xәstәliyin 6 aydan artıq davam etmәsi) gedişli olur. Klinik әlamәtlәrdәn asılı olaraq kәskin H.-in manifest (sarılıqlı vә sarılıqsız) vә latent (gizli), habelә ağır (fulminant) formaları vә qeyri-alkoqol steatohepatit ayırd edilir. Kәskin H.-in әsas әlamәtlәri: sarılıq, qara ciyәrin böyümәsi, qabırğaaltı nahiyәdә ağrı vә s. Xroniki H. zamanı klinik simptomların tәzahüru qara ciyәrin zәdәlәnmә dәrәcәsindәn asılıdır (dispepsik pozuntular, әzginlik, bәzәn temp-run yüksәlmәsi, qara ciyәrin böyümәsi, nadir hallarda dalağın böyümәsi vә s.). Xroniki H. uzun müddәt davam edә vә sirrozla, bәzi hallarda isә hepatosellülyar xәrçәnglә nәticәlәnә bilәr. H.-in diaqnostikası qan zәrdabında qara ciyәr-spesifik fermentlәrin aktivliyinin müayinәsinә, spesifik virus vә ya anticisimcik markerlәrin (virus vә autoimmun H. üçün) tapılmasına, qara ciyәrin biopsiyasına әsaslanır. M ü a l i c ә s i: H.-i törәdәn sәbәbin aradan qaldırılması, rejim, pәhriz, çoxlu maye qәbulu, interferon sırası preparatlar, prednizolon (autoimmun H. zamanı); hepatopro tektorlar (vacib fosfolipidlәr, silimarin vә silibinin preparatları) dәrman vә xroniki alkoqol H.-i zamanı işlәdilir. H e y v a n l a r d a infeksion törәdicilәrin (viruslu hepatit, leptospiroz vә s.), invaziyaların (mәs., s i s t i s e r k o z), patogen göbәlәklәrin toksinlәrinin (mәs., staxibotriotoksikoz), civә, mis, arsen birlәşmәlәri, acı paxla alkaloidlәri, kartof solanini vә s. kimi kimyәvi vә bitki mәnşәli zәhәrlәrin tәsiri ilә yaranır. Çox vaxt keyfiyyәtsiz yemlәrin verilmәsi vә qara ciyәrә toksiki tәsir göstәrәn dәrman vә parazitәleyhinә preparatların tәtbiqi H.-ә sәbәb olur. H. zamanı halsızlıq, iştahanın azalması, temp.-un qalxması, qara ciyәrin hәcminin böyümәsi, hәzmin pozulması, qaşınma, sarılıq, sidiyin rәnginin tündlәşmәsi, qanda vә sidikdә bilirubinin sәviyyәsinin qalxması vә s. müşahidә olunur. D i a q n o z: etioloji amilin hökmәn nәzәrә alınması ilә anamnezә, kliniki vә laborator tәdqiqatlarının nәticәsinә görә. H.-ın müalicәsini xәstәliyin sәbәbinin kәnar edilmәsi ilә başlayırlar, pәhriz qidalanması, qara ciyәr hüceyrәlәrindә maddәlәr mübadilәsini yaxşılaşdıran preparatlar, iltihabәleyhinә vә immuno depressiv vasitәlәr tәyin edirlәr. Vaxtında aparılmış müalicә nәticәsindә sağalma baş verir, xroniki gedişdә proqnoz şübhәlidir. P r o f i l a k t i k a s ı: qidalanmaya olan zoogigiyenik tәlәblәrin yerinә yetirilmәsi, infeksion vә invazion xәstәliklәrin vaxtında müalicәsi, vaksinasiya vә s.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU