HERAKLEYA (yun. Ἡρακλεία, lat. Heraklea) – 30-dan çox qәdim yunan vә qәdim Roma şәhәrinin adı; antik dünyada kultu geniş yayılmış Heraklın adından götürülmüşdür. Ən tanınmış şәhәrlәr: 1) T r a x i n i y a H e r a k l e y a s ı – Fermopiladan 7 km q.-dә, Traxiniya vil.-ndә (Cәnubi Fessaliya) yerlәşirdi. E.ә. 426 ildә spartalılar tәrәfindәn salınmışdı. Dәfәlәrlә dağıdılmış vә bәrpa olunmuşdu. Ellinizm dövründә Etoliya ittifaqının mühüm mәrkәzi idi; 2) M i n o y a H e r a k l e y a s ı – Siciliyanın c. sahilindә, Akraqant ş.-ndәn 25 km q.-dә yerlәşirdi. Əsası e.ә. 7 әsrin sonlarında, yaxud e.ә. 6 әsrin әvvәllәrindә Siciliyanın Selinunt ş.-ndәn olan kolonistlәr tәrәfindәn qoyulmuşdu; 3) L u k a n i y a H e r a k l e y a s ı (indiki Polikoro) – e.ә. 433 ildә Tarent ş.-ndәn gәlәn kolonistlәr tәrәfindәn salınmışdır. Şәhәrin yaxınlığında e.ә. 280 ildә Epir çarı Pirr ilә romalılar arasında vuruşma baş vermişdir (bax Herakleya); 4) L a t m o s H e r a k l e y a s ı – Kiçik Asiyanın İoniya sahilindә, Milet ş.-ndәn 25 km ş.-dә, Latmos dağının (indiki Beşbarmaq) c.-q. әtәyindә yerlәşirdi. Delos ittifaqına daxil idi. E.ә. 2 әsrin әvvәllәrindә mühüm iqtisadi әhәmiyyәt daşıyır. Roma dövründә Romanın Asiya әyalәtinә daxil olmuşdur. Eramızın 6 әsrindә Bizansın Kariya әyalәtinin mühüm şәhәri idi. Qәdim tikililәrin, o cümlәdәn ellinizm dövrünә aid, uz. 6 km olan qala divarlarının qalıqları saxlanılmışdır; 5) P o n t H e r a k l e y a s ı (P.H.), (indiki Ereğli, Türkiyә) – Vifiniyada, Kiçik Asiyanın şm.-q. sahilindә yerlәşirdi. Tәqr. e.ә. 590 ildә beotiyalıların iştirakı ilә Meqaradan gәlmiş kolonistlәr tәrәfindәn salınmışdır. Əlverişli limana vә әtrafında yerlәşәn mәhsuldar torpaqlara malik olan P.H. tezliklә Qaradәnizyanının iri iqtisadi vә siyasi mәrkәzi olmuşdur. Şәhәrin әtrafında formalaşmış iri torpaq sahiblәri aristokratiyanın nüfuzunun әsasını tәşkil etmiş, şәhәrdә isә sәnәtkarlığın vә ticarәtin inkişafı nәticәsindә demokratiyanın inkişafı üçün şәrait yaranmışdı. P.H. tarixinin erkәn dövrü demokratlarla oliqarxlar arasındakı qarşıdurma vә mübarizә ilә sәciyyәlәnirdi. Narazı әhalinin köçmәsinә şәrait yaradan Herakleya koloniyalarının salınması, ehtimal ki, bu mübarizә ilә әlaqәdardır. E.ә. 6 әsrin sonunda herakleotlar Qәrbi Qaradәnizyanıda Kallatidanın, bir әsr sonra isә Tavriya Xersonesinin (Krım) әsasını qoymuşdular. E.ә. 364 ildә P.H.-nda Klearx vә onun varislәrinin tiraniya rejimi qurulmuş vә o, iri dövlәtә çevrilmişdi. E.ә. 288 ildә tiraniya rejiminin süqutundan sonra P.H. ellinist monarxiyalarının nüfuz dairәsindә olmuş, Mitridat müharibәlәri (Romanın Pont çarı VI Mitridat Yevpatora qarşı müharibәlәri) zamanı Pont çarlığının tәrәfindә çıxış etmişdi. E.ә. 72 ildә Roma sәrkәrdәsi Kotta tәrәfindәn tutulmuş vә dağıdılmış, lakin sonralar bәrpa olunmuşdur.










