Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HERÁLDİKA
    HERÁLDİKA (fr. heraldique, ing. heral dry, alm. Heraldik, orta әsrlәr lat.-sında heraldus – herold sözündәn) – 1) 12–18 әsrlәr Avropa cәmiyyәtindә vizual әlamәtlәr vasitәsilә sosial identifikasiya sistemi; 2) dövlәt suverenliyini, inzibati-әrazi, idarә vә tәşkilat mәnsubluğunu bildirәn gerblәr, emblemlәr vә digәr nişanlar kompleksi; 3) gerblәrin yaradılması vә oxunması qaydalarının mәcmusu (formal H.); 4) tәdqiqat obyekti heraldika fenomeni olan kömәkçi tarix fәnni (gerbşünaslıq). H. ilk dövrlәrdә bayraqlar üzәrindә tәsvirlәrdәn ibarәt idi. 12 әsrin 1-ci rübündәn gerb cәngavәr yarışları iştirakçılarının identifikasiya vasitәsi kimi mütәmadi istifadә olunurdu. Döyüşçü zümrәsinin yüksәk statusu ilә әlaqәdar H. onların atributu kimi orta әsrlәr cәmiyyәtinin bütün tәbәqәlәri tәrәfindәn qәbul edildi vә 12–13 әsrlәrdә bütöv emblematika sisteminә çevrildi. Senyorların ardınca cәmiyyәtin imtiyazsız tәbәqәlәri, o cümlәdәn ayrı-ayrı regionların kәndlilәri, 12–13 әsrlәrin ayrıcında katolik kilsәsi, 14 әsrin әvvәllәrindәn isә peşә korporasiyaları, şәhәrlәr, dini birliklәr dә öz gerblәrini yaratdılar. Möhürlәrin istifadә edilmәsi dә H.-nın yayılmasına yardımçı oldu vә nәticәdә gerb kontraktantların identi fikatoruna vә yazılı sәnәdlәrin autentifikasiya vasitәsinә çevrildi. 12–15 әsrlәrdәn tәqr. 1 mln. gerb saxlanmışdır ki, bunların da 3/4 ü möhürlәrdәn mәlumdur. 13 әsrdә heroldlar institutu, әsrin ortalarında isә ilk gerb topluları yarandı. 13 әsrin 2-ci yarısında H.-ya dair erkәn әsәrlәr – şair-heroldların şeir vә poemaları meydana gәlmәyә başladı. 14 әsrin sonunda H.-ın tәsvir korpusu (kompozisiya, istifadә olunan tәsvirlәr vә terminlәr) tam formalaşdı. Şimali Fransa, Flandriya, Cәnubi İngiltәrә, Reynyanı Almaniya “klassik heraldika” rayonları sayılır. 14 әsrin әvvәllәrindә bütün xristian Qәrbi Avropasına yayılan H. qonşu regionlara tәsir göstәrdi. 14–15 әsrlәrdә senyor H.-sı әsasında dövlәt H.-sı tәşәkkül tapdı (bax Dövlәt gerbi). 15–16 әsrlәrdә gerblә yanaşı, tәsviri deviz kimi bec (Yorkların ağ qızılgülü, Lankasterlәrin al qızılgülü vә s.) dә istifadә edilirdi. Orta әsrlәrdә mövcud olmuş bir çox emblemlәr İntibah dövründә yeni mәnalar kәsb etdi. 16–17 әsrlәrdә bu tәmayül güclәndi; H. müәyyәn ideoloji proqramın vizuallaşması üçün istifadә edildi (İngiltәrә kraliçәsi I Yelizavetanın, Fransa kralı I Fransiskin emblematikası). 16 әsrdәn başlayaraq qeyri-zadagәnlara zadәgan statusunun verilmәsi prosesi kütlәvi şәkildә gerb yaradıcılığı ilә müşaiyәt olunurdu. 16–17 әsrlәrdә yoxsullaşan köhnә zadәganlar vә ali hakimiyyәt tәmsilçilәri özlәri ilә yeni dvoryanlar vә varlanmış burjualar arasında vizual mәsafә saxlamaq üçün H.-nın qanunvericiliklә tәnzimlәnmәsinә cәhd edirdilәr. 1535 ildә I Fransisk yalnız “alicәnabların” dәbilqәli gerbdaşıma hüququnu tanıdı. 17 әsrdәn dövlәt heroldları gerblәrin yalnız xarici elementlәrinin (tac, qızıl dәbilqә vә s.) deyil, qalxandakı tәsvirlәrindә zümrә reqlamentini tәtbiq etmәyә başladılar. 17–18 әsrlәrdә gerbdaşıma hüququ yalnız imtiyazlı zümrәyә mәxsus idi. Vizual identifikasiyanın sosial sistemi kimi H. tәnәzzülә uğradı vә 18 әsrin sonunda, demәk olar ki, aradan qalxdı; zümrәlәrin vә zümrә imtiyazlarının lәğvi ilә әlaqәdar tәdricәn reliktә çevrildi. H. milli-dövlәt vә inzibati-әrazi identifikasiya sistemi (dövlәt gerblәri, şәhәr gerblәri vә s.) kimi әhәmiyyәtini saxladı. Qәrbi Avropada H.-ya dair ilk traktatlar 14–15 әsrlәrdә yarandı. 16 әsrin ortalarından H.-nın әsaslarını şәrh edәn әsәrlәr geniş yayıldı. Elmi gerbşünaslığın yaranması vә ilk addımları 17 әsrin alim-eruditlәrinin fәaliyyәti ilә bağlıdır. Onlar toplanmış faktiki materialı tәhlil edәrәk sistemlәşdirmәyә çalışır, gerbşünaslığın normasını mәnbәlәrә әsaslanmaqda görürdülәr. Alman alimi F.Y.Şpener, H.-ya tarixi fenomen kimi yanaşan vә gerbşünaslığın mәnbә әhatәsini genişlәndirәn fransız yezuiti K.F.Menetrye elmi gerbşünaslığın formalaşmasına әn әhәmiyyәtli töhfәlәr vermişlәr. 18 әsrdә gerbşünaslıq B. Britaniyada (A.Nizbet, C.Edmundson) vә İspaniyada (X. de Aviles) geniş inkişaf etmiş, Fransada isә durğunluq keçirmişdir. Almaniyada yaranmış elmi gerbşünaslıq mәktәbinin әn parlaq nümayәndәsi İ.X.Qatterer idi; Almaniya un-tlәrinin proqramlarına H. kursu daxil edilmişdi. 1706 ildә Berlindә ilk H. kafedrası yaradılmışdı. H.-ya dair tәdqiqatların inkişafındakı bu tendensiyalar 19 әsrdә dә saxlanmışdı. 20 әsrin 1-ci yarısında A.Ç.Foks-Devis, L.Buli de Leden, D.Qalbert, P.Adam-Even, R.Matyö Qәrb gerbşünaslığının inkişafında әhәmiyyәtli rol oynamışlar. 1929 ildәn genealogiya vә H. üzrә beynәlxalq konqres vә kollokviumlar (1953 ildәn mütәmadi olaraq Beynәlxalq H. akademiyasının himayәsi altında) keçirilir. 20 әsrin 2-ci yarısında gerb şünaslığın inkişafına tarix elminin yeni cәrәyanları, mәs., tarixi antropologiya tәsir göstәrmişdir. M.Pasturo, M.Popoff, E.Pinoto (Fransa), C.Baskape, M.Del Pyatso (İtaliya), M. de Riker, F.Menendes Pidal, E.Pardo (İspaniya), A.R.Uaqner, C.C.Brolt (B. Britaniya) O.Noybekker (Almaniya) müasir Qәrb H.-sının tanınmış nümayәndәlәridir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU