HERAT MİNİATÜR MƏKTƏBİ – 15 әsrdә Orta Şәrq miniatür mәktәblәrindәn biri. Teymurilәrin dövründә Heratda yaranmışdır. 1410-cu illәrdә Şahrux Mirzә vә oğlu Baysunqur tәrәfindәn saray kitabxanasının yaradılması ilә әlaqәdar meydana gәlmiş, 1507 ildә Mәhәmmәd Şeybani Heratı tutanadәk mövcud olmuşdur. Bu dövr-dә Herat orta Şәrqdә әn qüdrәtli mәdәniyyәt vә sәnәt mәrkәzi idi. Formalaşması ardıcıl surәtdә 14–15 әsrlәrdә Şiraz, hәmçinin ehtimal ki, Bağdad mәktәblәri vә Tәbriz miniatür mәktәbi ilә bağlı olan H.m.m.-nin ilkin mәrhәlәsi әlyazma әsәrlәrә çәkilәn illüstrasiyalarla mәtn arasında dәqiq ahәngdarlığın olması ilә sәciyyәlәnir.

Herat miniatür mәktәbi. Kәmalәddin Behzad.
“İsgәndәr vә yeddi müdrik”. Nizaminin “Xәmsә”
әlyazmasına (1495–96) çәkilmiş miniatür.
Britaniya muzeyi. London.
H.m.m.-nin Çin incәsәnәti ilә әlaqәlәri dә (1419–22 illәrdә heratlı Qiyasәddin Nәqqaş Çinә sәfәr etmişdir) mәlumdur. Mәktәbin tәşәkkülü vә inkişafında Azәrb. rәssamlarının mühüm rolu olmuşdur. Saray kitabxanasında işlәyәn xәttatlara azәrb. Cәfәr Tәbrizi rәhbәrlik etmişdir. Teymuri Baysun qur Mirzә üçün hazırlanan mәşhur cüngün (“Baysunqur cüngü”, 1427, şәxsi kolleksiya, Settinyano) yazılması vә miniatürlәrlә bәzәdilmәsindә, hәmçinin әlyazma kitablarına illüstrasiyalar çәkilmәsindә görkәmli Herat rәssamları (Xәlil vә b.) ilә birlik dә Tәbrizdәn dәvәt edilmiş Pir Seyid Əhmәd Tәbrizi, Xoca Əli Müsәvvir, Qәvamәddin, Qiyasәddin vә b. azәrb. rәssamlar iştirak etmişlәr. 15 әsrin әvvәllәrindә Herat mәktәbinә mәxsus әlyazma kitablarından Sәdinin “Gülüstan”ı (1427, Çester Bitti kitabxanası, Dublin), Firdövsinin “Şahnamә” (“Baysunqur Şahnamәsi”, 1430, Gülüstan sarayı kitabxanası, Tehran), Nizaminin “Xәmsә”si (1431, Ermitaj, S.-Peterburq) vә s. әsәrlәr xәttatlıq, kitab tәrtibatı vә miniatür boyakarlığının yüksәk inkişaf sәviyyәsini, bәdii üslub xüsusiyyәtlәrini әks etdirir.

Herat miniatür mәktәbi. Cәfәr Tәbrizi. Sәdinin
“Gülüstan” әlyazmasına (1427) çәkilmiş miniatür.
Çester Bitti ki tab xanası. Dublin.
Şahruxun ölümündәn sonra Uluqbәy saray kitabxanasını Sәmәrqәndә köçürmüş (1448), H.m.m. öz әnәnәlәrini burada davam etdirmişdir. 15 әsrin 2-ci yarısında Herat hakimi Hüseyn Baykaranın vә onun vәziri, özbәk şairi vә dövlәt xadimi Əlişir Nәvainin fәaliyyәti dövründә H.m.m. әn yüksәk inkişaf mәrhәlәsinә çatmışdır. Saray kitabxanasında Kәmalәddin Behzadın başçılıq etdiyi mahir sәnәtkarlar, rәssam vә xәttatlar, kitab ustaları Şәrqdә kitab sәnәtinin nadir nümunәlәrini yaratmışlar. Görkәmli rәssamlar K.Behzad, Mirәk Nәqqaş, Qasım Əli, Şah Müzәffәr, Molla Yusif vә b.-nın illüstrasiya çәkdiyi Nizami “Xәmsә”sinin 1479 il (Ermitaj, S.-Peterburq) vә 1494/95 il (Britaniya muzeyi, London) tarixli әlyazmaları, Sәdinin “Bustan” (1487– 88, Misir Milli Kitabxanası, Qahirә), Şәrәfәddin Əli Yәzdinin “Zәfәrnamә” (1490-cı illәr; 1467 il әlyazması, Prinston un-ti, ABŞ) vә bir çox digәr әsәrlәrin nәfis әlyazma nüsxәlәri Şәrqdә miniatür sәnәtinin әn yüksәk inkişaf xüsusiyyәtlәrini әks etdirir. H.m.m.-nin tәnәzzülündәn (1507) sonra Herat rәssamları Tәbriz, Sәmәrqәnd, Buxara vә b. sәnәt mәrkәzlәrinә dağılmışdır. K. Behzadın adı ilә bağlı olan H.m.m.-nin Şәrqdә miniatür boyakarlığının sonrakı inkişafında mühüm rolu olmuşdur.
Əd.: Д е н и к е Б.П. Живопись Ирана. М., 1938; П у г а ч е н к о в а Г.А. Искусство Афганистана. М., 1963; А к и м у ш к и н О.Ф., И в а н о в А.А. Персидские миниатюры XIV-XVII вв. М., 1968.










