HERBARİ (lat. herbarium, herba – ot sözündәn) – bitkilәrin xüsusi olaraq toplanmış, hamarlanmış vә preslәnmiş şәkildә qurudulmuş kolleksiyası, hәmçinin onun saxlandığı vә bitkilәrin müxtәlif qruplarının sistematikasına dair, yaxud Yer kürәsinin bu vә digәr bölgәlәrinin bitki alәminin öyrәnilmәsi üzrә elmi iş aparılan müәssisә (vә ya şöbә). H.-lәr qurudulmuş bitkilәr üzәrindә onların toplandığı vaxt vә yer, toplayanın adı vә soyadı, növün adı (elmi cәhәtdәn işlәndikdәn sonra) göstәrilәn etiketlәrlә tәchiz olunur. H. nümunәlәrinin tәrtib olunma üsulu (herbarilәşdirmә) İntibah dövründә L. Gini tәrәfindәn tәklif edilmişdir. Avropanın bәzi un-tlәrindә mühafizә olunan әn köhnә H. nümunәlәri 16 әsrә aiddir. H. kolleksiyalarının (mәs., iki qat kağız vәrәqlәrindә, dәstә şәklindә bağlanmış, yaxud qalın kağız vәrәqlәrә bәrkidilib qutulara vә ya xüsusi şkaflara yerlәşdirilmiş) yığılması, preslәnmәsi, qurudulması vә saxlanmasının çoxlu üsulları var. H. kolleksiyası botanika üzrә bir çox eksperimental işlәr üçün tәdqiqat obyektini (sitologiyada, palinolo giyada, embriolo giyada, yaxud geobotanikada) dәqiq tәyin etmәyә imkan verәn әsas sәnәdli materialdır. Borulu bitkilәr, mamırkimilәr, şibyәlәr, çox hüceyrәli yosunlar, bir çox göbәlәk qruplarının elmi kolleksiyaları yaradılmışdır. Dünyanın müxtәlif müәssisәlәrindә tәkcә qeydә alınmış herbari kolleksiyalarının sayı 1000-dәn artıqdır. Bunlarda 150 mln.-dan çox bitki nümunәsi saxlanılır. Ən iri herbari kolleksiyaları Tәbiәt tarixi muzeyindә (Paris) tәqr. 7 mln., Kyudә (London) Kral Botanika bağlarında tәqr. 6,5 mln., REAnın V.L.Komarov ad. Botanika in-tunda (SPb) tәqr. 6,5 mln., Nyu-York Botanika Bağında tәqr. 6 mln. nümunә vardır. Mühafizә olunan H. kolleksiyalarının miqdarına görә ABŞ fәrqlәnir (30 mln. H. nümunәsi). Lakin kolleksiyaların dәyәrliliyi onun nümunәlәrinin sayına görә deyil, bu vә digәr bitki növünün ilk dәfә tәsvir olunduğu standart nümunәlәrin sayının göstәrildiyi H. vәrәqlәrinin sayına görә müәyyәn edilir. B. Britaniya (bitkilәrin düzgün elmi adlarının hesablanmasını aparmaq üçün әsәrlәrindәn botaniklәrin istifadә etdiyi K.Linneyin şәxsi H.-sinin olduğu London Linney Cәmiyyәtindәki H.) bu cәhәtdәn xüsusilә qiymәtli olan kolleksiyalara malikdir. Paris, Berlin, Cenevrә, Vyana, Leyden, Stokholmdakı bәzi un-tlәrin vә elmi tәdqiqat biologiya in-tlarının H.-lәri dә standart nümunәlәrin çoxluğu ilә mәşhurdur. V.L.Komarov ad. Botanika İn-tu, MDU, S-Pb, Kazan vә Tomsk dövlәt untlәrinin H.-lәri bu qәbildәndir. Rusiya kolleksiyalarında Avrasiya bitkilәri xüsusilә tam şәkildә tәmsil olunur. Dünya H.-lәri öz aralarında mütәşәkkil surәtdә (pulsuz) material mübadilәsi aparır. Hәm herbari nümunәlәri (әsasәn standart) kimi rәqәmli tәsvirlәr formasında, hәm dә bitki növlәrini tәyin etmәk üçün әhәmiyyәtli olan orqanların quruluş detalları şәklindә “virtual herbari fondu”nun yaradılması üzrә işlәr aparılır.

Herbari nümunәsi.










