Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HÉRBART İohann Fridrix
    HÉRBART İohann Fridrix (4.5.1776, Oldenburq – 14.8.1841, Göttingen) – alman filosofu vә pedaqoqu. Yena Un-tindә tәhsil almış (1794–97), orada İ.Q.Fixtenin mühazirәlәrini dinlәmişdir. 1802–08 illәrdә Göttingen Un-tindә fәlsәfә vә pedaqogikadan dәrs demiş, 1809–33 illәrdә Köniqsberq Un-tinin prof.-u olmuş, 1833 ildә yenidәn Göttingen qayıtmışdır. H.-ın erkәn formalaşmış fәlsәfәsi (“Metafizika vә mәntiqin әsas mәqamları” – “Hauptpunkte der Metaphysik und Logik”, 1807) Q.V.Leybnits vә Eleya mәktәbi fәlsәfәsinin bir çox elementini daxil etmәklә realizm fәlsәfәsi istiqamәtindә İ.Kant ideyalarının inkişafından ibarәtdır. H.-ın әsas fәlsәfi әsәri “Tәbiәt haqqında fәlsәfi tәlimin әsasları ilә ümumi metafizika”dır (“Allgemaine Metaphysik, nebst den Anfängen der philosophischen Naturlehre”, 1828–29). H. metafizikasının mәrkәzindә duran “özün dә şey” Kant fәlsәfәsindәkindәn fәrqli anlayışdır: “şey”in adi anlayışını tәnqid etmәklә H. varlığın yekun elementi vә daşıyıcısı olan “real” anlayışını (Q.V.Leybnitsdәki monadaya bәnzәr) üzә çıxarır. Duyğular vasitәsilә bizә verilәn dünya әsl varlığı göstәrәn görüntüdür; “şey” hәr birinә sadә mahiyyәtin uyğun gәldiyi әlamәtlәr kompleksidir; hәr bir sadә mahiyyәt (“real”) mütlәq qaydada hәrәkәtsizdir, mәkansızdır, mahiyyәtlәr bir-birilә qarşılıqlı fәaliyyәtdә olmur. Əksinә, ziddiyyәtlәr kimi, dәyişikliklәrdә yalnız görüntü dünyasına xasdır vә izaha ehtiyacı var. Tәzahür olunmuş “şey” “intelligibel mәkandakı” sadә mahiyyәtlәrin az-çox daimi әlaqәsidir (H. metafizikanın bu hissәsini yun. συνέχεια – bağlılıq, fasilәsizlik sözündәn yaranan sinexelogiya adlandırır). “Fenomenal mәkan”dan, yәni bizim canımızda yerlәşәn tәsәvvürlәr sahәsindәn fәrqli olaraq, H.-ın “intelligibel mәkanı” riyaziyyatdakı mәkan anlayışı ilә müqayisәyә gәlәn mücәrrәd anlayışdır. H. fәlsәfәsini 19 әsrin pozitivizmi ilә yaxınlaşdıran vә alman klassik idealizmindәn qәti ayıran cәhәtlәrdәn biri H. üçün sәciyyәvi olan empirizmin, psixologizmin vә mücәrrәd mühakimәnin әlaqәlәndirilmәsi fonunda fәlsәfәnin müәyyәn dәrәcәdә riyazilәşdirilmәsidir. Psixologiyada H. 19 әsrdә şәxsiyyәt qavrayışının dәyişmәsinә hәssas reaksiya verir (hәrәkәtsiz “affektlәr”in әksinә olan fasilәsiz “axan” hisslәr), “can” (“sadә real mahiyyәt” kimi başa düşülürdü) vә “mәn” anlayışlarını tәnqidi nәzәrdәn keçirirdi. Riyazilәşdirmә psixologiyada da özünü büruzә verirdi: H. mücәrrәd formulları hesablayır, belә ki, onlara әsasәn, şüur vәhdәtindә müxtәlif tәsәvvürlәr yanaşı yaşayır vә mübarizә aparır (onların münaqişәsi bir çox tәsәvvürlәrin digәrlәrini “tormozlaması” na, qeyri-şüuriliyә “sıxışdırmasına” gәtirib çıxara bilәr). H.-ın fәlsәfәsi Almaniyada geniş yayılmasa da, Avstriyada fәlsәfi realizm әnәnәsinә qatıldı vә 19 әsrin ortalarında icbari tәdris üçün rәsmi universitet fәlsәfә sisteminә çevrildi. E.Maxa vә әn yeni pozitivizmin digәr nümayәndәlәrinә böyük tәsir göstәrdi. Avstriyada 19 әsrin 2-ci yarısında H.-ın estetik ideyaları da inkişaf etdirildi (R.Simmerman, O.Qostinski). H. pedaqogika tarixindә İ. Pestalotsinin davamçısı vә sistemlәşdiricisi kimi mühüm rol oynamışdır (“Ümumi pedaqogika” – “Allgemeine Pädagogik, aus dem Zweck der Erziehung abgeleitet”, 1806). H.-a görә, tәrbiyәnin mәqsәdi “azad, әxlaqlı şәxsiyyәt” yetişdirmәkdir, bu mәqsәdә çatmanın әsas yolları isә idarәetmә, tәlim vә әxlaq tәrbiyәsidir. 19 әsrin 2-ci yarısı – 20 әsrin әvvәllәrindә Avropa pedaqogikasında H.-in dördpillәli (“aydınlıq”, “assosiasiya”, “sistem”, “metod”) tәdris haqqında tәlimi geniş yayılmışdı.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU