HERBERŞTEYN Sigizmund (Herberstein Ziqmund) fon [23.8.1486, Sloveniya, Vippax qәsri (indiki Vipava) – 28.3.1566, Vyana] – Avstriya dövlәt xadimi vә diplomatı. Vyana Un-tindә tәhsil almışdır (1499–1506). 1506–16 illәrdә imperator I Maksimilian Habsburqun sarayında xidmәt etmiş, Macarıstan vә Venesiya ilә müharibәlәrin (1508–14) iştirakçısı olmuşdur. İmperiya şurasının üzvü (1515) idi. 1516 ildәn Danimarkadakı Avstriya sәfirliyinә başçılıq etmiş, 1519–20 illәrdә Fransa vә İspaniyada sәfir olmuşdur. Ştriyada landrat (1521), Aşağı Avstriya kamerasının üzvü (1527) vә prezidenti (1539–62), Ali Hәrbi Şuranın üzvü (1537 ildәn) idi. Avropanın müxtәlif ölkәlәrinә, o cümlәdәn 15 dәfә Polşaya, 30 dәfә Macarıstana, dәfәlәrlә Osmanlı dövlәtinә, 2 dәfә (1517 vә 1526) Rusiyaya sәfәr etmişdir. Rus dövlәtini Osmanlı imperiyası әleyhinә Avropa dövlәtlәrinin koalisiyasına cәlb etmәyә çalışmışdır. 1548 ildә Müqәddәs Roma imperiyası, Polşa, Böyük Litva knyazlığı vә Rus dövlәti hökmdarlarının şәcәrәsinin cәdvәlini nәşr etdirmişdir. H.-in әsas әsәri 1549 ildә Vyanada latın dilindә nәşr olunmuş “Rerum Moscoviticarum commentarii” (“Moskva haqqında qeydlәr”) kitabıdır. Əsәrdә Rus dövlәtinin siyasi vә daxili quruluşu, tarixi vә coğrafiyasına dair mәlumat verilir.










