HÉRFİNDAL–HİRŞMAN indeksi (Herfin dahl – Hirschman index) – bazarın tәmәrküzlәşmә göstәricisi. Amerika iqtisadçıları A.Hirşman vә O.Herfindal tәrәfindәn müstәqil olaraq irәli sürülmüşdür. Bazarların inhisarlaşma sәviyyәsini ölçmәk, ixrac, idxal, daxili ticarәt vә rәqabәt sәviyyәsinin tәyin edilmәsi lazım olan digәr sahәlәrin strukturunu müәyyәnlәşdirmәk üçün tәtbiq edilir. Sahә firmalarının bazar paylarının (satış paylarının) kvadratlarının cәmi kimi hesablanır. H.–H.i. 1-dәn 10000-ә qәdәr müsbәt qiymәt ala bilir; sahә firmalarının sayı az vә onların bәzilәrinin payı yüksәk olduqca, tәmәrküzlәşmә göstәricisi yüksәk, bazarın strukturu isә inhisarlaşmaya yaxın olur. H.–H.i. şkalası vә bazarın xarakteristikası: ≤ 1000 –tәmәrküzlәşmiş, çoxsaylı firmaların olduğu bazar – bu bazarda birlәşmә üzrә sövdәlәrin bağlanmasına heç bir maneә yoxdur; 1000–1800 – ortasәviyyәli tәmәrküzlәşmiş bazar, burada indeksә әn azın 100 punkt әlavә edәn birlәşmәyә icazә verilmir; 1800 ≥ – yüksәksәviyyәli tәmәrküzlәşmiş bazar, burada indeksә әn azı 50 punkt әlavә edәn birlәşmәyә icazә verilmir. 1982 ildәn ABŞ-da birlәşmә vә udulma ehtimalının qiymәtlәndirilmәsindә H.–H.i. tәtbiq olunur.










