HER-HER – İrәvan qub.-nın Şәrur-Dәrәlәyәz qәzasında (15.10.1931 ildәn Paşalı, 12.10.1956 ildәn Əzizbәyov, 19.4.1991 ildәn Vayk r-nu), Her-her çayının (Arpaçayın sağ qolu) kәnarında azәrb.-ların yaşadığı kәnd. 1850–70 illәrdә kәndә İranın Salmas vil.-indәn köçürülmüş ermәnilәr dә yerlәşdirilmişdir. 1918 ildә kәnd ermәni tәcavüzünә mәruz qalaraq azәrb. әhalisi qovulmuş, yalnız bölgәdә sovet hakimiyyәti qurulduqdan sonra kәndin qaçqın әhalisi geri qayıda bilmişdir. 1948–53 illәr zamanı kәndin bütün azәrb. әhalisi deportasiya olunmuş, kәnd tamamilә ermәnilәşdirilmişdir.










