HERMAFRODİTİZM i n s a n d a (yun. – έρμαφρόδιτος – ikicinsiyyәtlilik), a m b i s e k s u a l l ı q a n d r o g i n i y a, b i s e k s u a l l ı q, i n t e r s e k s u a l l ı q – eyni orqanizmdә hәm kişi, hәm dә qadın cinsiyyәt orqanlarının olması. H. termini qәdim yunan mifologiyasındakı әfsanәvi Hermes vә Afroditanın adlarından düzәldilmişdir. H.-in әsas sәbәblәri: cinsi xromosomların struktur vә ya kәmiyyәt anomaliyalarının olması (genetik mozaisizm), xarici vә daxili cinsiyyәt orqanlarının inkişafının hormonal tәnzimlәnmәsinin pozulması. İnsanlarda iki növ H. tәsadüf edilir. Hәqiqi (qonad) H. vә yalan H. (psevdo her mafroditizm). H ә q i d i H. zamanı hermafroditin bәdәnindә hәm kişi, hәm dә qadın cinsi әlamәtlәrindәn başqa hәr iki cinsin cinsiyyәt hüceyrәlәri dә olur. Daxili cinsiyyәt orqanları çox vaxt qadın tipinә uyğun inkişaf edir (adәtәn uşaqlıq vә uşaqlıq boruları olur); yetkin yaşda әgәr ovarial toxuma daha çox inkişaf etmişsә aybaşının baş vermәsi ola bilәr. Hәr iki cinsә mәxsus ikincili cinsi әlamәtlәr olur (xarici cinsiyyәt orqanları biseksual quruluşu, qarışıq tipdә bәdәn quruluşu, süd vәzilәrinin olması vә s.). Q a d ı n p s e v d o h e r m a f r o d i t i z m i qadın genetik orqanları vә cinsiyyәt vәzisi ilә yanaşı daxili cinsiyyәt orqanlarının (uşaqlıq, uşaqlıq boruları, uşaqlıq yolu) normal quruluşda olması fonunda xarici cinsiyyәt orqanlarının inkişaf pozuntusunun olması ilә xarakterizә olunur. Bu forma H.-in әsasında böyrәküstü vәzin qabıq maddәsinin anadangәlmә disfunksiyası durur vә belә halda androgenlәrin yüksәk hasil olması xarici cinsiyyәt orqanlarının maskulinizasiyasına sәbәb olur. K i ş i n s e v d o h e r m a f r o d i t i z m i zamanı kişi cinsiyyәt orqanları vә vәzisi quruluşu fonunda xarici vә bәzәn daxili cinsiyyәt orqanları qadını xatırladır. Bu, androgenlәrdәn asılı toxumaların cinsiyyәt hormonları tәsirinә hәssaslığın pozulması (testikulyar feminizasiya sindromu), androgenlәr sintezinin pozulması (testikulların disgeneziyası) nәticәsindә vә digәr sәbәblәrdәn ola bilәr. Doğum zamanı cinsi tәyin etmәnin müәyyәn qaydaları vardır. Xarici cinsiyyәt orqanlarının düzgün formalaşmasının pozuntusu zamanı patologiyanın mәnşәyinin vә müalicә taktikasının seçilmәsini dәqiqlәşdirmәk üçün genetik vә hormonal müayinәnin aparılması lazımdır. H.-in әksәr formalarında cәrrahi korreksiyanın – xarici cinsiyyәt orqanlarının qadın xarakterli vә ya kişi xarakterli plastik әmәliyyatının, hәmçinin ömürlük әvәzedici hormonal müalicәnin aparılması tәlәb olunur.










