HERMANÁRİX (lat. Hermanarichus, Ermanarichus), G e r m a n a r i x (? – 375 vә ya 376) – Amallar nәslindәn ostqotların hökmdarı, Qunimundun atası. Ammian Marsellinin vә İordanın tarixi әsәrlәrindә 4 әsrin ikinci yarısında Şimali Qaradәnizyanıda ostqotların başçılığı ilә meydana gәlәn iri tayfa ittifaqının kralı (rex) kimi qeyd olunur. Döyüşkәnliyi ilә seçilәn H. qonşu tayfaların çoxunu tabe etmişdi. Ammian Marsellinin mәlumatına görә, 375 ildә hunlara mәğlub olduqdan sonra intihar etmişdir. H.-in obrazı germanların epik әnәnәsindә geniş yayılmışdır.










