HERMANDADLAR (isp. hermandad – qardaşlıq) – orta әsrlәrdә İspaniyada şәhәrlәrin, monastırların, korporasiyaların, sosial qrupların vә ayrı-ayrı şәxslәrin ittifaqları. Şәhәr ittifaqları daha mühüm rol oynayırdı. H.-ın tarixindә üç mәrhәlә seçilir: yaranması vә ilk uğurlar dövrü (12 әsr – 1282); kral hakimiyyәtinin zәiflәmәsi şәraitindә onlarla şәhәri birlәşdirәn Baş H.-ın çiçәklәnmә dövrü (1282–1325); mәhәlli xarakter daşıyan H.-ın transformasiya dövrü (1325 – 15 әsrin sonu). Müqәddәs H. (1476 ildә yaradılmış, 1498 ildә әhәmiyyәtini itirmişdir) I İzabellanın (Katolik) vә II Fernandonun (Ara qonlu) hakimiyyәtinin ilk illәrindә ölkәdә әmin-amanlığın yaradılmasında mühüm rol oynamışlar.










