Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HERMENÉVTİKA 
    HERMENÉVTİKA – [yun. έρμηνεντική (τέχνη) – şәrhetmә (elmi)] – 1) şәrhetmә sәnәti; mәtnlәri interpretasiya vә anlama nәzәriyyәsi; 2) 20 әsr fәlsәfәsindә cәrәyan. Platon H.-nı sәnәti allahların iradәsini bәyanetmә vә şәrhetmә sәnәti olan mantika sәnәtinә bәnzәdir. Ellinizm dövründә mәnası nabәlәdlәr üçün gizli qalan mәlumatları (istәr Homerin poemaları, yaxud orakulların öngörmәlәri olsun) izah edәnlәr hermenevt adlandırılırdı. Erkәn iudaizmdә formalaşmış Bibliya H.-sı sonrakı inkişafını xristian ekzegetik әdәbiyyatında tapmışdır. Intibah dövründә “hermeneutica sacra” ilә yanaşı, predmeti klassik antik müәlliflәrin mәtnlәri olan “hermeutica profana” meydana gәlmişdir. Birincisi ilahiyyatın tәrkibindә, ikinci isә mәntiq vә ritorika çәrçivәsindә fәaliyyәt göstәrirdi. İnterpretasiya metodları haqqında tәlimin – H.-nın xüsusi fәnn kimi tarixi 17 әsrin ortalarından izlәnilir (Y.Dannhauzerin “Hermeneutica sacra” traktatı, 1654). İşlәnib hazırlanmasına H.Qrotsinin böyük töhfәlәr verdiyi hüquq hermenevtikası ümumi hüquq nәzәriyyәsinin vacib bölmәlәrindәn birinә çevrildi. 18 әsrdә İ.M.Xladeniusun “Ağıllı nitqlәri vә mәtnlәri hәqiqi şәrhetmәyә giriş” (1742), Q.F.Mayerin “Ümumi şәrhetmә sәnәtinin tәcrübәlәri” (1756) vә s. bu kimi ümumi sәciyyәli әsәrlәr meydana gәldi. H.-nın bir elm kimi әsaslandırılmasında radikal addımı F.Şleyermaxer atdı. Ona görә, mәtnlәrin “sakral”, “klassik”, yaxud “etibarlı” olmasından asılı olmayaraq, H. universal şәrhetmә nәzәriyyәsidir; interpretasiya qaydaları bütün mәtnlәr üçün eynidir. H.-nın mәqsәdi bir tәrәfdәn dilin ümumi sisteminin tәrkib hissәsi, digәr tәrәfdәn hansısa fәrdin yaradıcılıq mәhsulu olan istәnilәn yazılı sәnәdin anlaşılması imkanının şәrtlәrini üzә çıxarmaqdır. Odur ki, H. ikili vәzifә daşıyır: mәtnin müәyyәn dil (leksika) sisteminin elementi kimi tәdqiqi vә eyni zamanda onun arxasındakı tәkrarsız subyektivliyin aşkarlanması. Vәzifәnin birinci hissәsini “obyektiv” (yaxud “qrammatik”) şәrhetmә, ikincisini isә fәrdi üslubu tәdqiq edәn “texniki” (yaxud “psixoloji”) şәrh etmә hәyata keçirir. Şәrhetmәnin “komparativ” vә “divinator” prosedurlarının fәrqlәndirilmәsi dә K. Şleyermaxerә әsaslanır: birinci halda mәtnin dil vә tarix kontekstinә uyğunluğundan (yәni müvafiq dövrün digәr mәtnlәri ilә müqayisәsi), ikinci dә isә әsәrin mәnasının intuitiv başa düşülmәsindәn (bu zaman “müәllifi onun özündәn daha yaxşı başa düşmәk lazımdır”) söhbәt gedir. Şleyermaxer diqqәti hermenevtik dairәyә yönәldir: anlama prosesindә tamı anlamaq üçün onun ayrıca hissәlәrini anlamaq zәruridir, lakin ayrıca hissәlәri anlamaq üçün artıq tamın mәnası haqqında tәsәvvürә malik malik olmaq lazımdır (söz cümlәnin, cümlә mәtnin, mәtn müәllifin yaradıcılıq irsinin, müәllifin mәtnlәri isә müәyyәn janr mәcmusunun bir hissәsidir). “Anlama”nı humanitar biliyin bünövrәsi kimi nәzәrdәn keçirәn V.Dilteyin “hәyat fәlsәfәsi” H.-nın tәşәkkülündә mühüm mәrhәlә oldu. Dilteyә görә, H. “ruh haqqında elmlәr” metodoloji layihәsinin bir hissәsidir. “Anlama” Dilyetin “hәyat” adlandırdığı mәnәvi-tarixi dünyanın tamlığını әks etdirәn yeganә adekvat vasitәdir: canlını yalnız canlı dәrk edә bilәr. Anlamaya şantıların tәkrarı olaraq yalnız fәrdi psixi aktlarla deyil, hәm dә ayrı-ayrı subyektlәrә müncәr edilmәyәn ideal mәnalar sferası ilә әlaqәlidir. Dilteyin ideyaları anlayış vә mülahizәlәrlә yanaşı, mәnanın qeyri-diskursiv ifadә formaları kimi metafora vә rәmzlәri dә öyrәnәn “hermenevtik mәntiq”in (Almaniyada H.Lipps, Q.Miş, O.F.Bolnov, Rusiyada Q.Q.Şpet) bir sıra konsepsiyalarının әsasını tәşkil etmişdir. H.-nın fәlsәfәyә çevrilmәsi “anlama”nı ontoloji planda, yәni idrak üsulu kimi deyil, mövcudluq üsulu, әzәldәn anlama situasiyasında olan insan varlığının әsas sәciyyәlәrindәn biri kimi nәzәrdәn keçirәn M.Haydeggerin adı ilә bağlıdır. H.-nın vәzifәsi anlama situasiyasını şәrh etmәkdәn ibarәtdir, hermenevtik dairә isә insanın varlığı şәrh etmәsinin vә insanın özünü tәfsirinin bir-birini qarşılıqlı şәrtlәndirmәsini ifadә edir. Bu müddәalar H.Q.Qadamerin fәlsәfi H.-sının әsasını tәşkil etmişdir. Qadamerdә dә, Haydeggerdә olduğu kimi, anlama insan üçün alәmin ilkin mövcudolma formasıdır vә o, bizim alәmә münasibәtimizi müәyyәnlәşdirir. Mәtni anlama prosesi oxuyanın özünüanlaması prosesindәn ayrılmazdır, lakin tәfsirçi mәtni yalnız öz tәlabatlarından çıxış edәrәk “zorakılığa” mәruz qoymamalıdır. Şәrhetmә zamanı söhbәt mәtndәki hәm bizim, hәm dә müәllifin niyyәtlәrindәn asılı olmayan predmetli mәzmunun anlaşılmasından gedir. E.Betti tәrәfindәn işlәnib hazırlanmış әnәnәvi H. konsepsiyası mәtnlәrin interpreta siyasının ümumi nәzәriyyәsi vә metodologiyası kimi çıxış edir vә bir çox cәhәtlәri ilә F.Şleyermaxer vә V.Dilteyin ideyalarına әsaslanaraq, H.Q.Qadamerin fәlsәfi H.-sına qarşı çıxır. P.Rikör fәlsәfi H.-nın mәrkәzinә dildәnkә nar fenomenlәrin interpretasiyasını qoymaqla, onun digәr variantını tәklif etmişdir. Onun vәzifәsi mәna çoxluğuna malik olan strukturları aşkar etmәkdir. Rәmzlәr belә strukturlardır, onlarda bir mәna planı dildә ifadә olunmuş mәnanın eyni olmayan digәr gizli mәnaya işarә edir. Dil sferası ilә canlı tәcrübә sahәsi arasında әlaqәnin qurulması H.-nın başlıca vәzifәsidir. Üç әsas rәmz tipi fәrqlәndirilir: “kosmik”, yaxud ierofanik (din fenomenologiyasının predmeti), yuxugörmә, yaxud “onirik” (psixoanalizin predmeti) vә poetik (әdәbi tәnqidin predmeti). Rikörün bir sıra әsәri H. ilә psixoanaliz vә strukturalizm arasındakı fәrqlәrә hәsr olunmuşdur. Rikörә görә, strukturalizm mәtndәki işarәlәri ümumi sistemin elementi kimi nәzәrdәn keçirәn “semiologiya”nın problematikası ilә mәhdudlaşır vә işarәlәri diskurs elementi kimi nәzәrdәn keçirәn “semantika” -nın sәviyyәsinә qalxmır. “Çoxmәnalı ifadәlәr semantikası” qismindә H. canlı dili bu vә ya digәr ideal modelә uyğun yenidәn qurmağa çalışan analitik fәlsәfә ilә müqayisәdә aşkar üstünlüyә malikdir. Avstriyalı katolik ilahiyyatçı E. Koret fәlsәfi H.-nın ideyalarını neotomizmin antropoloji konsepsiyasının yenilәnmәsi üçün istifadә etmişdir. J.Qronden (Kanada), F.Dallmeyer, T.Kizil, C.Uornk, R.Palmer (ABŞ) fәlsәfi H.-nın amerikalı tәrәfdarlarındandır. Bu cәrәyanın ayrı-ayrı müddәaları әdәbiyyatşünaslığa (H.R.Yauss, V.İzer, E.D.Hirş) vә sәnәtşünaslığa (E.Ştayger, Q.Böm) әhәmiyyәtli tәsir göstәrmişdir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU