Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HERMETİZM
    HERMETİZM – son antik dövrün dinifәlsәfi tәlimi. H. adı yunan-Misir sinkretik kultu çәrçivәsindә sitayiş edilәn Hermes Trismegistin (Üçqat Əzәmәtli) adından yaranmışdır: Misir allahı Tot yunan allahı Hermeslә eynilәşdirilmişdi. Tot-Hermes kultu ellinizm dövründә geniş yayılmışdı vә magiya, әl-kimya, astrologiya, tibbә dair bir çox әdәbiyyat onun adı ilә bağlı idi. Eramızın ilk әsrlәrindә Hermetik korpusun mәtnlәri, 6 әsr Bizans müәllifi Stobeyin saxladığı fraqmentlәr, latınca tәrcümәdә gәlib çatmış “Asklepi” traktatı vә Nah-Hammad kitabxanasının tәrkibindәki bir sıra mәtnlәrlә tәmsil olunan “fәlsәfi” H. yaranmışdır. Hermes “fәlsәfi” H. әsәrlәrindә allah kimi deyil, Baş Allahın vәhylәri vasitәsilә әldә etdiyi biliyә (qnosis) malik Qәdim Misir peyğәmbәri kimi çıxış edir. Hermetik korpus traktatları müxtәlif tәrkiblidir vә onların әsasında vahid H. sistemini bәrpa etmәk qeyri-mümkündür. Orta platonizmin vә stoisizmin tәsirilә bәrabәr, hermetik mәtnlәrdә Bibliya reminis sensiyalarına (baxmayaraq ki, hermetik din bütövlükdә bütpәrәst sәciyyәlidir), hәmçinin qnostik motivlәrә rast gәlinir. Qnostik tipli doktrina nümunәsi Hermetik korpusun birinci traktatı “Poymandr”da ehtiva olunur. Ona teologiya (İlahi triada haqqında tәlim: Allah-Ağıl-Ata-İşıq, Oğul-Söz, Ağıl-Demiurq); Qaranlıq-materiyanın İşıqdan ayrılmasını vә aşağı enәrәk dörd әsas ünsürә (su, torpaq, od vә havaya) çevrilmәsini tәsvir edәn kosmoqoniya; antropoqoniya vә antropologiya (insan-arxetip, Allah-Ata obrazı vә onun xәlq etmәsi); ilkin şәrti öz ülviyyәti haqqında bilik-qnosis, mәqsәdi isә canın Allah dәrgahına qalxması vә onunla qovuşması olan soteriologiya daxildir. Orta әsrlәrdә H. doktrinaları Qәrbi Avropada, Bizansda vә müsәlman dünyasında әl-kimya vә astrologiyanın әsaslandırılmasına xidmәt edirdi. 15–17 әsrlәrdә hermetik mәtnlәr Qәrbi Avropada geniş yayılmışdı vә әn qәdim ilahi vәhy kimi öyrәnilirdi. M.Fiçino, Pikodella Mirandola, Nettes heymli Aqrippa, F.Patrisi, C.Bruno, T.Kampanella vә b.-nda H.-in tәsiri hiss olunur. İsveçrә filoloqu vә ilahiyyatçısı İ.Kazobon 17 әsrin әvvәllәrindә hermetik mәtnlәrin 2 әsrdәn tez yazılmadığını vә mifik Hermes Trismegistә mәxsus olmadığını müәyyәnlәşdirdikdәn sonra da R.Boyl vә İ.Nyuton bu mәtnlәrә maraq göstәrmişlәr. H. humanist dünyagörüşünün vә Yeni Avropa elmlәrinin tәşәkkülündә müәyyәn rol oynamışdır.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU