HERMONÁSSA (yun. Ἑρμώνασσα) – Taman körfәzinin c. sahilindә, Taman stanitsası (Rusiya, Krasnodar diyarının Temrük r-nu) әrazisindә antik şәhәr. 19 әsrdәn әrazidә qazıntılar [A.A.Miller (1930–31), B.A.Rıbakov (1951 ildәn), sistematik olaraq İ.B.Zeest (1955 ildәn), A.K.Korovina (1971 ildәn), S.İ.Finogenova (1988 ildәn) vә b.] aparılır. Abidәlәrin tәqr. 1/3 hissәsi dәniz altında qalmışdır. H. tәqr. e.ә. 6 әsrin ortalarında yunan emporisi kimi salınmışdır. E.ә. 5–3 әsrlәr vә eramızın 1 әsri – 3 әsrinin ortaları Bospor dövlәti çәrçivәsindә H.-nın iqtisadi cәhәtdәn çiçәklәnmә mәrhәlәlәri idi. H.-da hәyat 6 әsrәdәk davam etmişdir. Orta әsrlәrdә H.-nın yerindә Tmutarakan ş. yerlәşirdi. E.ә. 6–5 әsrlәrә aid tapıntılar arasında “Urla” qrupunun qarafiqurlu Klazomena hidriyaları, “Sian kasaları” qrupundan qarafiqurlu kilik, üzәrindә 12 sәtirlik yunan yazısı olan qurğuşun lövhә var. Tәdqiqatlar nәticәsindә tәqr. 20 epiqrafik abidә (çoxu Afrodita vә Apollona hәsr olunmuşdur), eramızın 1 әsrinә aid ev, 3 әsrә aid çaxır emalatxanaları vә s. aşkar edilmişdir. H.-nın böyük hissәsi qoruq elan olunmuşdur.










