HEROİN, diasetilmorfin, C21H23O5N – opium qrupundan narkotik. İlk dәfә 1874 ildә ingilis kimyaçısı Ç.R.O.Rayt tәrәfindәn yeni analgetiklәrin axtarışı zamanı alınmışdır. 1898 ildә “Bayer” farmakoloji firması onun çox güclü medikamentoz imkanlarına xüsusi әhәmiyyәt verәrәk, onu “heroin” adı ilә (alm. heroische – “qәhrәman”) bazara buraxmışdır. H.-in tәsiri morfin vә digәr opiatlara oxşardır, lakin çox hallarda tәsir gücünә görә onlardan xeyli üstün olur. Mәs., ağırlaşdırma tәsirinә görә 3 mq H. 10 mq morfinә ekvivalentdir. H.-in öldürücü dozası 50–75 mq-dır. H.-dәn asılılıq morfin vә digәr opiatlara nisbәtәn xeyli tez formalaşır (gündәlik qәbul etdikdә 3–4 gündәn 1–2 hәftә müddәtinә qәdәr). Artan tolerantlıq narkotikin istifadә tezliyinin artırılmasına vә birdәfәlik dozasının çoxaldılmasına sәbәb olur. H. narkomaniyasının inkişafı, morfinizmin әsas xüsusiyyәtlәri ilә oxşardır. H.-ә olan p s i x i a s ı l ı l ı q narkotiki müntәzәm istifadә etmәyә olan qızğın hәvәs şәklindә özünü göstәrir. F i z i k i a s ı l ı l ı q abstinent sindromunun formalaşması ilә tәzahür edir. O, adәtәn narkotikin axırıncı dәfә qәbul edilmәsindәn 8–12 saat sonra zahirә çıxır vә narkotikin inadlı şәkildә axtarılması, әsәbilәşmә, tәnәffüsün tezlәşmәsi, әsnәmә, çox tәrlәmә, göz yaşının vә ağız suyunun axması, zökәm, hipertermiya, әsmә, bәbәklәrin genәlmәsi, iştahanın itmәsi ilә başlayır. Sonra artan nәbz vә arterial hipertoniya ilә ürәkbulanma, qusma, ishal, qarında tutma şәkilli ağrılar, ayaq, әl әzәlәlәrindә, beldә, oynaqlarda vә sümüklәrdә әzablı, “sındırıb-çıxardıcı” ağrılar baş verir. Abstinent sindromun sürәkliliyi xәstәliyin müddәtindәn vә narkotikin sutkalıq dozasından asılı olaraq 5 gündәn 12 günә qәdәr tәrәddüd edir. H.-in istifadәsi zamanı hәddәn artıq böyük dozanın ölüm törәdәn halları olur, bundan әlavә müalicә olunmayan xәstәlәnmәlәr vә müxtәlif sәbәblәrdәn vaxtından әvvәl ölüm riski artır. Mәs., ABŞ-da 1998 il üçün olan qiymәtlәndirmәyә görә H. narkomanlarından azı 25%-i H. qәbul etmәyә başlayandan sonra 10–20 il әrzindә ölür (intihar, qәtl, bәdbәxt hadisәlәr, vәrәm, hepatit vә QİÇS). H. qәbul edәnlәr arasında asılılıq sindromu ilә ölüm göstәricisi hәmin yaşdan vә cinsdәn olan ümumi populya siyada gözlәnilәndәn 6–20 dәfә artıq olur. Qәrb ölkәlәrindә H. qәbulunun pik dövrü 1960–70 illәrdә olmuş, sonralar isә ondan istifadә azalmışdır. Milli müayinә nәticәlәrinә görә 2004 ildә ABŞ-da hәyatında haçansa H. qәbul edәn şәxslәrin sayı 3,1 mln. nәfәr olmuşdur. BMT-nin mәlumatına görә 2005 il әrzindә dünyada H.-dәn sui-istifadә edәnlәrin sayı 11 mln. nәfәr olmuşdur. Narkotiklәr üzәrindә nәzarәt üzrә Beynәlxalq Komitәnin (BMT) mәlumatına görә 2004 il әrzindә Qәrbi Avropa ölkәlәrinin çoxunda H.-in istifadәsi stabillәşmiş vә yaxud azalmış, Şәrqi Avropa vә MDB ölkәlәrindә isә artması davam etmişdir. RF-dә 1992 ilә qәdәr H.-in qeyri-leqal qәbul edilmәsi qeyd edilmişdir. Azәrb. Resp.-nın Sәhiyyә Nazirliyinin Narkoloji Mәrkәzi 2013 ilin nәticәlәrinә görә ölkәdә 28376 narkoman qeydә almışdır. Azәrb.-da 2016 ildә qeyri-qanuni dövriyyәdәn 1 tona yaxın narkotik maddә götürülmüşdür. H.-in istehsalının tibdә tәtbiqinin qadağan olunması (BMT-nin 1961 il Konven siyasına görә) dünya ölkәlәrinin çoxunda qәbul edilmişdir.










