HERPETOLOGİYA (yun. ἑρπετόν – sürünәn vә ...logiya) – zoologiyanın onurğalı heyvanların 2 sinfini – suda-quruda yaşayanlar (amfibilәr) vә sürünәnlәri (reptililәr) öyrәnәn bölmәsi. “H.” terminini ilk dәfә 1755 ildә Y. Klyayn tәklif etmişdir. Bәzәn yalnız sürünәnlәr haqqında bilik sahәsini H., suda-quruda yaşayanları öyrәnәn sahәni isә batraxologiya (yun. βάτραχο – qurbağa) adlandırırlar. Çöl vә laborator tәdqiqatlarında yeni metodların tәtbiqi nәticәsindә H. bir neçә istiqamәtdә sürәtlә inkişaf edir: müasir vә nәsli kәsilmiş suda-quruda yaşayanlar vә sürünәnlәrin müqayisәli morfologiyası, tәkamül tarixinin öyrәnilmәsi, onların sistematikası, ekologiya vә populyasiya genetikası, coğrafi yayılmasının analizi, tәbii irsin hissәsi kimi suda-quruda yaşayanlar vә sürünәnlәrin mühafizәsinin bioloji әsasının işlәnib hazırlanması. H. planetin biomüxtәlifliyinin vәziyyәtinin qiymәtlәndirilmәsi mәsәlәlәrinin hәllinә vә qorunub saxlanılmasına әhәmiyyәtli töhfә verir.










