HÉRRİK (Herrick) Ceyms Brayen (11.8.1861, Ok–Park, İllinoys ştatı – 7.3.1954, Çikaqo) – amerikan terapevti. Miçiqan Untini bitirdikdәn (1882) sonra tibb tәhsilini Çikaqo Un-tinin B.Raşa tibb kollecindә almışdır (1888) vә 1900–27 illәrdә orada prof. olmuşdur. 1910 ildә sonradan orağabәnzәr hüceyrәli anemiya adlandırılan qanazlığı formasını (Herrik sindromu) tәsvir etmişdir. Sağ ikәn ürәyin tac arteriyası trombozunun әlamәtlәrinin klassik tәsvirini vermiş (rus alimlәri V.P.Obraztsov vә N.D.Strajeskodan sonra) vә koronar trombozun vә döş inağının kliniki diferensial siyasını tәtbiq etmişdir (1912), bu da miokard infarktı haqqında müasir tәlimin başlanğıcını qoymuşdur; ilk dәfә olaraq miokard infarktlı xәstәdә EKQ-dәki dәyişikliklәri tәsvir etmişdir (1919). Amerika Hәkimlәri Assosiasiyasının prezidenti olmuşdur (1923).
Ə s ә r l ә r i: A short history of cardiology. Spring field; Balt., 1942; Memories of eighty years. Chi., 1949.











