HERSFELD (Herzfeld) Ernst Emil (23.7.1879, Selle – 21.1.1948, Bazel) – alman şәrqşünası. Berlindә vә Münxendә memarlığı, aşşurşünaslığı, qәdim tarixi, incәsәnәt tarixini vә s. öyrәnmişdir. 1903 ildәn Orta vә Yaxın Şәrqdә bir sıra çöl tәdqiqatlarının, o cümlәdәn Samirәdә (1911–13), Persepolda (1931–34) qazıntıların iştirakçısı vә rәhbәri idi. 1909 ildәn Berlindә Fridrix-Vilhelm Un-tinin әmәkdaşı (prof. 1918) olmuşdur. 1935 ildә Londona mühacirәt etmiş, 1936–44 illәrdә Prinstonda vә Nyu-Yorkda mühazirәlәr oxumuşdur. Tunc dövründәn orta әsrlәrәdәk İran vә Yaxın Şәrqin arxeologiyası, tarixi, incәsәnәti, epiqrafikası vә numizmatikasına dair әsәrlәrin müәllifi, islam arxeologiyasının banilәrindәn biridir. 2005 ildәn İslam arxeologiyası vә incәsәnәtinin öyrәnilmәsi üzrә cәmiyyәt (Almaniya) H.-in adını daşıyır.










