HERSİN TEKTOGENEZ EPOXASI, H e r s i n q ı r ı ş ı q l ı ğ ı, V a r i s s q ı r ı ş ı q l ı ğ ı – Devonun axırı–Triasın әv vәlindә Paleozoy geosinklinallarında baş vermiş vә qırışıq dağ sistemlәrini (hersinidlәri) әmәlә gәtirmiş intensiv qırışıqlıq, dağәmәlә gәlmә vә maqmatizm proseslәrinin mәcmusu. H.t.e.-nda Qәrbi, Mәrkәzi vә Cәnubi Avropanın, Şimal-Qәrbi Afrikanın, Şimali Qafqazın, Uralın, Tyanşanın, Altayın, Monqolustanın, Appalaçın, Cәnubi Amerika And d-rının vә s. dağ qurğuları yaranmışdır. Okean qabıqlı dәrin dәniz hövzәlәrindә hersinidlәr Paleozoyun ortalarında, әsasәn, daha qәdim Kadom (Baykal) özülü üzәrindә yaranmış vә qalın dәniz çöküntü qatları vә vulkanitlәrlә dolmuşdur. Bu hövzәlәrin mәrkәzi zonalarının ofiolitlәrdәn ibarәt relikt qabıqları da Hersin qırışıqlıq qurğularının quruluşunda iştirak edir. H.t.e.-nın qranit intruziyaları ilә qurğuşun, sink, mis, qalay, volfram, qızıl, gümüş, uran filizi (Avropa, Asiya, Şәrqi Avstraliyada); әsasi vә ultra-әsasi intruziyaları ilә platin, xromit, titan-maqnetit, asbest (mәs., Uralda) yataqları; hersinidlәrin ön vә dağarası çökәklәrilә iri daş kömür hövzәlәri (Avropada: Rur, Saar-Lotaringiya, Yuxarı Sileziya, Cәnubi Uels, Valansyen-Lyej; Asiyada: Kuznetsk; Şimali Amerikada: Appalaç; Şәrqi Avstraliyada: Sidney-Bouen), hәmçinin daş vә kalium duzu hövzәlәri (Uralönü çökәk) әlaqәdardır. H.q.-nı ilk dәfә 1886–87 illәrdә M.Bertran ayırmışdır.










