Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HÉRŞEL
    HÉRŞEL (Herschel) – ingilis astronomları, ata vә oğul. U i l y a m (Fridrix Vilhelm) (15.11.1738, Hannover – 25.8.1822,Slau), London Kral Cәmiyyәtinin üzvü (1781), Peterb. EA әcnәbi fәxri üzvü (1789), London Kral Astronomiya Cәmiyyәtinin banilәrindәn biri (1818) vә birinci prezidenti olmuşdur. Almaniyada polk musiqiçisi ailәsindә anadan olmuş, evdә tәhsil (musiqi, xarici dillәr) almışdır. 1757 ildә İngiltәrәyә köçmüş vә orada mәşhur musiqiçi, musiqi müәllimi, bәstәkar kimi tanınmışdır. Astronomiya vә optikanı sәrbәst öyrәnmişdir. 1773 ildә astronomik müşahidәlәrә başlamışdır. Teleskoplar üçün yüzlәrlә güzgü hazırlamış, dövrünün әn nәhәng 12 m-lik reflektorunu (güzgüsünün diametri 122 sm) qurmuş, әsas müşahidәlәrini isә özünün yaratdığı fokusu 6 m olan reflektorla aparmış, Uran planetini (13.3.1781), onun OberonTitan peyklәrini (1787), onların әks hәrәkәtini (1797), Saturnun iki peykini (1789) kәşf etmiş, Saturnun vә onun halqasının fırlanma dövrünü (1790) ölçmüşdür. Marsda fәsil dәyişikliklәrini, Günәşin fәzada hәrәkәtini (1783) tәyin etmişdir. 1770 illәrin ortalarında ulduzlu göyün silsilә müşahidәlәrini aparmış, alınmış nәticәlәr әsasında Qalaktikanın ayrıca sәrbәst ulduz sistemi olmasını müәyyәn etmiş (1785), onun basıq formasını aşkarlamış vә sıxılmasını (1/5) qiymәtlәndirmişdir. Göyün silsilә müşahidәlәrindә ağ dumanlıqların vә ulduz topasının yeni dünyasını kәşf etmişdir (2,5 mindәn artıq, üç kataloq – 1786, 1789, 1802). Görünәn kompakt ulduz sıxlaşmalarının tәbiәtini real ulduz topası kimi әsaslandırmışdır. Dumanlıqların topa şәklindә vә iri laylara yığılması meylini aşkar etmişdir (1784). Onun fәrqlәndirdiyi “Veronikanın Saçları layı” (Ağ Yola perpendikulyar olan) Vokulyor İfratqalaktika ekvatorial zonasının (1953 ildә kәşf edilib) bir hissәsidir. 182 qoşa vә qatlı dumanlıqları qeyd etmişdir. Planetar dumanlıqları, fiziki qoşa ulduzların mövcudluğunu (1803) kәşf etmiş, ulduzların ilk kataloqunu vә onların parlaqlığının ilk fotometrik kataloqunu tәrtib etmişdir. Onun işlәri ulduz astronomiyasınınulduz statististikasının әsasını qoymuşdur. Günәş vә ulduz spektrlәrini ilk tәdqiq edәnlәrdәn biri olmuş, 1800 ildә infraqırmızı şüaları kәşf etmişdir.
    C o n F r e d e r i k U i l y a m (7.3.1792, Slau – 11.5.1871, Kent qraflığı, Kollinqvud), London Kral Cәmiyyәtinin üzvü (1813), London Kral Astronomiya Cәmiyyәtinin dәfәlәrlә prezidenti, Peterb. EA әcnәbi fәxri üzvü (1826). Kembric Un-tindә hüquqşünas tәhsili almışdır (1813). 1816 ildәn atasına kömәk edәrәk astronomiya ilә mәşğul olmağa başlamışdır. 1820 ildә 20-futlu teleskop quraraq atasının başladığı işlәri davam etdirmiş vә genişlәndirmişdir. 1831 ildә ulduz ölçülәri üçün şkala tәklif etmişdir. 500-dәn çox yeni dumanlıqlar, 3000-dәn artıq qoşa ulduz kәşf etmiş, göy sferasında onların paylanmasını öyrәnmiş, 11 kataloq tәrtib etmiş, “neqativ” vә “pozitiv” terminlәrini ilk dәfә o işlәtmişdir.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU