HESAB – riyaziyyatın әdәdlәr, әdәdi çoxluqlar vә onların üzәrindә әmәllәri öyrәnәn bölmәsi. H. qәdim Şәrqdә (Misir, Babilistan, Çin, Hindistan, daha sonralar Yunanıstanda) yaranmış vә tәsәrrüfat fәaliyyәti, ticarәt, mәsafәnin, zamanın, sahәnin ölçülmәsi, hәmçinin astronomik hesablamaların tәlәbatı ilә әlaqәdar inkişaf etmişdir. Qәdim yunan riyaziyyatçıları, xüsusilә dünyanın qanunauyğunluqlarını әdәdlәr vasitәsi ilә anlayan vә yazmağa çalışan filosof-pifaqorçular H.-ın inkişafına böyük töhfәlәr vermişlәr. Qәdim yunanlar nәzәri H. elmi ilә hesablamalanın yerinә yetirmә sәnәtini – mәntiqi fәrqlәndirirdilәr. Tәqribәn 16 әsrin әvvәllәrindәn H. hәr iki fәnnә aid edilmәyә başlandı. Sonralar o, tam, rasional әdәdlәrin xassәlәri vә onlar üzәrindә aparılan hesab әmәllәri: toplama, çıxma, vurma vә bölmә qaydalarına hәsr olunan mәktәb fәnni ilә birlәşdi. Orta әsr Şәrq alimlәri qәdim yunan riyaziyyatçılarının H.-a dair әsәrlәrini dә tәrcümә edәrәk, onların riyazi irsini nәinki qoruyub saxlamış, hәm dә bu irsi yaymış, hәmçinin hindlilәrin nailiyyәtlәrini daha da inkişaf etdirmişlәr. H. әmәllәrinin aparılma üsulları müasir üsullardan çox uzaq idi. E.ә. 10 әsrdә işlәdilәn mövqeli say sitemi tәdricәn Avropaya keçdi, dәnizçilik, astronomiya, mexanika vә s.-yә dair mәsәlәlәrdәki hesablama texnikasının tәlәbatı ilә 17 әsrin әvvәllәrindә H. sürәtlә inkişafa başladı. Hәmin әsrin әvvәllәrindә Neper loqorifmlәri icad etdi, sonradan Ferma әdәdlәr nәzәriyyәsini hesabın müstәqil sahәsi kimi ayırdı. Növbәti yüzilliklәrdә Lambert, Eyler vә Qausun işlәri sayәsindә kompleks әdәdlәr üzәrindә әmәliyyatlar da H.-a daxil edilәrәk, müasir şәklini aldı. Elementar H.-ın ilk mәsәlәlәrindәn biri әdәdlәrin yazılışı idi. Ən çox yayılmış üsul natural әdәdlәrin mövqeli 10-luq say sistemindә yazılışıdır. Natural әdәdlәrin yazılışı üçün 10 rәqәm işarәsi: 0, 1, 2,3,4,5,6,7,8,9 istifadә olunur. Burada әdәdi ifadә edәn rәqәmlәr arasında rәqәmin tutduğu yer (mövqe) әhәmiyyәt kәsb edir. an...a1 a0 yazılışında an, ..., a1, a0 rәqәmlәrdir vә an≠0. Bu, a0 tәkliyi, a1 onluğu vә s. olan tam әdәdi ifadә edir, yәni an10n+...+a110+a0. 10 әdәdi onluq say sisteminin әsası adlanır. Digәr mövqeli say sistemlәri dә tәtbiq olunur. Mәs., ikili say sistemindә iki işarәdәn (0 vә 1) istifadә edilir. Ədәdlәr üzәrindә әsasәn toplama, çıxma, vurma vә bölmә, o cümlәdәn qüvvәtә yüksәltmә vә kökün tapılması әmәliyyatları aparılır. Qalıqlı bölmә, müxtәlif bölünmә әlamәtlәri, әdәdin әn böyük ortaq bölәninin tapılması, sadә әdәdlәrin sonsuzluğu haqqında teorem, rasional әdәdlәr üzәrindә apаrılan әmәliyyatlar, tam vә rasional cәbri tәnliklәrin hәlli üsulları, müqayisәlәr nәzәriyyәsi, tam әmsallı kvadratik formalar nәzәriyyәsi vә әdәdlәrin bu formalarla tәsviri, әdәdlәrin sadәliyinin isbatı vә әdәdin vuruqlara ayrılması da H.-a aid edilir. Tam әdәdlәrin xassәlәri ilә ayrıca ali hesab vә ya әdәdlәr nәzәriyyәsi mәşğul olur. Nәzәri hesabda tәriflәrә vә әdәd anlayışının analizinә diqqәt yetirildiyi halda, formal hesabda predikatların vә aksiomların mәntiqi qurulması әmәliyyatı aparılır. H. qәdim vә әsas riyazi elmlәrdәn biri olub, cәbr, hәndәsә vә әdәdlәr nәzәriyyәsi ilә çox әlaqәlidir.










