HESAB PULLARI – әmtәә vә xidmәtlәrin qiymәtlәri, borc öhdәliklәrinin hәcmi, qiymәtli kağızların mәzәnnәsi vә s.-nin ictimai qәbul olunmuş mükәmmәl ifadә forması kimi çıxış edәn milli pul vahidlәrinin (dollar, funt, lirә, rubl, manat vә s.) adlandırılması. H.p.-n fәaliyyәti onların real pul vahidi vә әmtәә dövriyyәsilә әlaqәsinә әsaslanır, belә ki, H.p. pulun dәyәr ölçüsü vә qiymәt miqyası funksiyaları ilә birbaşa әlaqәlidir. Kredit münasibәtlәrinin inkişafı vә maliyyә-bank sistemlәrinin hәyata keçirdiklәri nağdsız hesablaşmaların artması nәticәsindә H.p.-ın әhәmiyyәti artmaqda davam edir.










