Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HESABLAMA MAŞINI
    HESABLAMA MAŞINI – informasiyanın alqoritmik emalını vә hesablama proseslәrinin mexaniklәşdirilmәsi vә avtomatlaşdırılmasını tәmin edәn qurğu, yaxud qurğular kompleksi. Emal edilәn informasiyanın tәsviri üsuluna görә kәsilmәz (fasilәsiz) tәsirli – analoq H.m. (AHM) vә diskret tәsirli – rәqәmli H.m.-larına (RHM) ayrılır. AHM-dә informasiya fiziki kәmiyyәtlәrlә (valın fırlanma bucağı, elektrik cәrәyanı şiddәti, gәrginlik vә s.) ifadә edilmiş fasilәsiz dәyişәnlәr şәklindәdir. EHM-lәrin geniş yayılması ilә әlaqәdar AHM-lәrin istifadәsi tәdricәn azalmışdır (bax Analoqhe sablama maşını). RHM-dә informasiya hәr hansı bir fiziki kәmiyyәtin diskret qiymәtlәr (әdәdlәr) yığımı şәklindә tәsvir edilir. Tәtbiq edilәn element bazasına görә mexanikiyә qәdәrki (ilk), mexaniki, elektromexaniki (rele), elektron RHM-lәrinә ayrılır. İ l k H.m. Hәlә qәdim dövrlәrdәn insanlar barmaqları, müxtәlif әşyalar (daşlar, dәnlәr vә s.), düyünlәr vasitәsilә hesablama aparırdılar. E.ә. birinci minilliyin ortalarında ilk rәqәmli hesablama cihazı – abak (Qәdim Yunanıstan) yarandı vә Qәrbi Avropada 18 әsrәdәk riyazi hesablamalar üçün istifadә edildi. Bir sıra ölkәlәrdә, o cümlәdәn Azәrbaycanda hesablamalar abakın analoqu olan çötkә ilә aparılırdı. 1617 ildә ilk qeyri-mexaniki hesablama qurğusunun – “Neperin hesablama çubuqları”nın tәsviri verilmişdi. Bu qurğu xüsusi üsulla vurma cәdvәli yazılmış nazik lövhәciklәrdәn ibarәtidi; qurğu vasitәsilә böyük әdәdlәri bölmәk vә vurmaq mümkün oldu. M e x a n i k i H.m. 17 әsrdә hesablama әmәliyyatlarının hәlli üçün ilk mexaniki RHM-lәr (V.Şikkard, 1623, Almaniya; B.Paskal, 1642; Q.V.Leybnits 1672) yaradılmışdır. 18 әsrdә C.Poleni (1709, İtaliya), F.M.Han (1774, Almaniya), Ç.Stenhoup (1775, B. Britaniya) vә b. müxtәlif H.m. layihәlәri reallaşdırmışdılar. Lakin az etibarlı vә bahalı olduqlarından onlar geniş yayılmamışdır. 1821 ildә Parisdә Toma de Kolmar ilk dәfә arifmometrlәrin kiçik seriyalı istehsalını, 1884 ildә NCR Amer. şirkәti uzun müddәt kütlәvi H.m. növü olmuş kassa aparatlarının istehsalını tәşkil etdi. 1846 ildә Kummerin (Rusiya), 1868 ildә Ç.H.Vebbin (ABŞ) sadә vә ucuz cib cәmlәyicilәri meydana gәldi. Bütün bu maşınlar mәhdud hesablama hәcmli sadә mәsәlәlәrin hәlli üçün tәtbiq edilirdi. Ç.Bebbic ilk dәfә ixtisaslaşdırılmış fәrq maşını layihәsini işlәdi (1821–33, tamamlanmadı). G. vә E.Şeytslәrin (1853, İsveç) vә M.Vibergin (1863, İsveç) yaratdığı fәrq maşınları riyazi cәdvәllәrin hesablanması vә nәticәlәrin çap edilmәsi üçün qurğu ilә tәchiz edilmiş ilk maşınlar idi. Bunlar kifayәt qәdәr uzun hesablama әmәliyyatları ardıcıllığını avtomatik yerinә yetirә bilәn ilk maşınlar oldu. Ç.Bebbic universal RHM yaratmaq ideyası ilә 1834 ildә ilk proqramla idarә edilәn analitik H.m. layihәsi üzәrindә işә başlamışdı. Hәmin maşının konstruksiyasına hesablama qurğusu, rәqәmlәrin saxlanılması qurğusu, çap qurğusu daxil idi. Hesablamalar perfokartlara yazılmış proqrama uyğun xüsusi qurğuda aparılmalı idi. Analitik maşın üçün bir neçә proqram yazmış ledi Ada Lavleys dünyada ilk proqramçı kimi tanınmışdır. Bebbicin layihәsi reallaşmasa da digәr analitik maşınların, o cümlәdәn mexaniki vә elektromexaniki maşınların yaradılması üçün tәkan olmuşdur. E l e k t r o m e x a n i k i H.m. 19 әsrin sonlarında böyük hәcmdә hesablamalar tәlәb edәn kifayәt qәdәr geniş mәsәlәlәr (iqtisadi, statistik, elmi-texniki) yarandı. 1889 ildә H.Hollerit statistik informasiyaların emalı üçün nәzәrdә tutulmuş hesablamaper forasiya maşını hazırladı. İlkin verilәnlәr perfokarta köçürülür, hazırlanmış perfokart yığımı verilәnlәri avtomatik oxuyan vә lazımi hesablamaları aparan tabulyatora daxil edilirdi. Əmәliyyatların aparılma ardıcıllığı kommutasiya lövhәsindәki elektrik rabitә qurğusu ilә tәyin edilirdi. Aralıq nәticәlәr yaddaş registrlәrinә yazılırdı, yekun nәticәlәr isә çap olunurdu vә ya perfokarta çıxarılırdı. Bu H.m.-ları avtomatik RHMlәrin arxitekturasının bütün elementlәrinә (hesablama qurğusuna, yaddaşa, giriş vә çıxış qurğusuna) malik idi vә mexaniki H.m.-ları kimi onluq say sistemi ilә işlәyirdi; yalnız T.Faulerin tarazlaşdırılmış üçlük say sistemi ilә işlәyәn maşını (1884, B. Britaniya) istisna idi. 1885 ildә A.Markvandın RHM yaratmaq üçün elektromaqnit relesinin tәtbiqi cәhdi (ABŞ) reallaşmadı. 1930-cu illәrin әvvәllәrindә, telefon rabitәsi sistemindә elektromaqnit relesi geniş tәtbiq edildiyi vaxtlar bir neçә ixtisaslaşdırılmış releli H.m. qurulmuşdur. Sonrakı illәrdә yaradılan K.Suzenin ikilik Z-3 maşını (1941), C.Stibitsin releli maşinlar seriyası (1940–46, ABŞ), H.Aykenin Mark I onluq maşını (1944) proqramla idarә edilәn universal releli H.m.-lar idi. Belә maşınlar 1950-ci illәrin sonunadәk hazırlanırdı. Lakin elektromexaniki maşınlar tәlәb edilәn hesablama gücünü tәmin edә bilmirdi vә H.m.-larının sonrakı inkişafını elektron texnikası tәyin etdi. E l e k t r o n H.m. EHM-lәrin birinci nәsli (1945–55) elektron lampaları әsasında yaradılmışdı (bax Elektron hesablama maşını).
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU