Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HESABLAMA PALATASI 
    HESABLAMA PALATASI – daxili dövlәt auditinin (nәzarәtinin) daimi fәaliyyәt göstәrәn ali orqanı. Əksәr xarici ölkәdә ali maliyyә nәzarәti orqanı kimi H.p. mövcuddur. Mәs., Almaniyada Federal hesablama palatası baş federal orqandır vә müstәqil maliyyә nәzarәti orqanı kimi yalnız qanun qarşısında cavabdehdir. Fransanın H.p. 7 palatadan ibarәtdir, hәr bir palataya dövlәtin iqtisadi fәaliyyәtinin konkret sahәsi tәhkim edilmişdir. Fransa H.p.-nın sәciyyәvi cәhәti onun nәzarәt orqanı vә yurisdiksiya orqanı kimi fәaliyyәt göstәrmәsidir. Azәrb. Resp.-nda kәnar dövlәt maliyyә nәzarәti orqanının yaradılması Azәrb. Resp.-nın Konstitusiyasında (maddә 92) tәsbit edilmiş vә hüquqi statusu “Hesablama palatası haqqında” Azәrb. Resp.-nın Qanununda (1999), işinin tәşkili vә tәnzimlәnmәsinin әsasları isә 2002 ildә Azәrb. Resp.-nın müvafiq qanunu ilә tәsdiqlәnmiş “Hesablama Palatasının Daxili Nizamnamәsi”n dә öz әksini tapmışdır. 2001 ildәn fәaliyyәt göstәrәn H.p. hüquqi şәxs olmaqla müstәqil balansa, müvafiq xәzinә hesablarına malikdir. H.p.-nın xәrclәri dövlәt büdcәsindәn maliyyәlәşdirilir. H.p. Palata üzvlәrindәn (sәdr, sәdr müavini, 7 auditor) vә onun aparatından ibarәtdir. Sәlahiyyәt müddәti 7 il müәyyәn edilmiş H.p.-nın üzvlәri Milli Mәclis Sәdrinin tәqdimatı әsasında Milli Mәclis tәrәfindәn tәyin olunur. H.p. aşağıdakı funksiyaları hәyata keçirir: dövlәt büdcәsinin vә büdcәdәnkәnar dövlәt fondlarının (tәsisatlarının) büdcә layihәlәrinә rәy verir; dövlәt büdcәsi vә büdcәdәnkәnar dövlәt fondlarının (tәsisatlarının) büdcәlәrinin gәlir vә xәrc maddәlәrinin hәcmi, strukturu vә tәyinatı üzrә vaxtında icrasına nәzarәti hәyata keçirir; dövlәt büdcәsinin icrası barәdә illik hesabata vә müvafiq qanun layihәlәrinә rәy verir; dövlәt büdcәsindәn maliyyәlәşdirmәlәrin tәsdiq olunmuş dövlәt büdcәsindә müәyyәn edildiyi kimi aparılmasını tәhlil edir, aşkar edilmiş kәnarlaşmaların aradan qaldırılması, habelә bütövlükdә büdcә prosesinin tәkmillәşdirilmәsi haqqında tәkliflәr hazırlayır vә Milli Mәclisә tәqdim edir; dövlәt әmlakının idarә edilmәsi, onun barәsindә sәrәncam verilmәsi vә dövlәt әmlakının özәllәşdirilmәsindәn әldә edilәn vәsaitlәrin dövlәt büdcәsinә daxil olmasına nәzarәti hәyata keçirir; Azәrb. Resp. Milli Mәclisinin vә onun komitәlәrinin tapşırığı ilә dövlәt büdcәsi vә büdcәdәnkәnar dövlәt fondları (tәsisatları) ilә bağlı qanun layihәlәrinin, Milli Mәclisdә tәsdiq edilәn Azәrb. Resp.-nın tәrәfdar çıxdığı beynәlxalq müqavilәlәrinin maliyyә ekspertizasını keçirir; dövlәt büdcәsi vәsaitlәrinin xәzinә hesabına daxil olmasının vә istifadәsinin tәsdiq olunmuş dövlәt büdcәsindә müәyyәn edilmiş göstәricilәrә uyğunluğunu tәhlil edir vә Milli Mәclisә mәlumat verir; dövlәt büdcәsinin vәsaitlәrinin vә büdcәdәnkәnar dövlәt fondlarının (tәsisatlarının) vәsaitlәrinin bank hesablarında hәrәkәti barәdә Azәrb. Resp.-nın Mәrkәzi Bankından vә müvәkkil banklardan, kredit tәşkilatlarından mәlumatlar alır, tәhlil edir vә Azәrb. Resp.-nın Milli Mәclisinә tәkliflәr verir; aparılmış nәzarәt tәdbirlәri nәticәsindә aşkar edilmiş hüquq pozuntuları barәdә mәlumatları Azәrb. Resp.-nın Milli Mәclisinә tәqdim edir; dövlәt әmlakının idarә edilmәsinә, onun barәsindә sәrәncam verilmәsinә, dövlәt büdcәsinin icra olunmasına, dövlәt әmlakının özәllәşdirilmәsindәn әldә edilәn vәsaitlәrin dövlәt büdcәsinә daxil olmasına, hüquqi şәxslәrә vә bәlәdiyyәlәrә dövlәt büdcәsindәn vәsaitlәr ayrıldıqda hәmin vәsaitlәrin tәyinatı üzrә istifadә edilmәsinә nәzarәtin hәyata keçirilmәsi zamanı cinayәt әlamәtlәri olan hüquqpozmalar aşkar etdikdә tәxirәsalınmadan müvafiq materialları Azәrb. Resp.-nın Baş Prokurorluğuna göndәrir; digәr dövlәt nәzarәt orqanları ilә qarşılıqlı әlaqә şәraitindә fәaliyyәt göstәrir; dövlәt büdcәsinin vә icmal büdcәsinin gәlirlәrinin vә xәrclәrinin, o cümlәdәn büdcәdәnkәnar dövlәt fondlarının auditini qanunvericiliyә uyğun olaraq aparır. Azәrb. Resp. H.p. Ali Audit Qurumlarının Beynәlxalq Tәşkilatı – İNTOSAİ-nin (2002 il, aprel), Ali Audit Qurumlarının Avropa Tәşkilatı – EUROSAİ-nin (2002 il, may), Ali Audit Qurumlarının Asiya Tәşkilatı – ASOSAİ-nin (2002 il, iyun), İƏT-ә üzv ölkәlәrin Ali Audit Qurumlarının Birliyi – ECOSAİ-nin (2002 il, sentyabr) üzvüdür. Müxtәlif ölkәlәrin müvafiq qurumları ilә әmәkdaşlıq haqqında Saziş vә Memorandumlar imzalamışdır.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU