Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HESABLAMA TEXNİKASI
    HESABLAMA TEXNİKASI – 1) hesablama mәsәlәlәrinin hәllinin vә informasiya emalının mexanikilәşdirilmәsi vә avtomatlaşdırılması üçün istifadә edilәn texniki vә riyazi vasitәlәrin, üsulların toplusu; 2) belә texniki vasitәlәrin layihәlәndirilmә, qurulma vә işlәmә prinsiplәrini öyrәnәn elm sahәsi; onların yaradılması, hazırlanması vә istismarı ilә mәşğul olan texnika sahәsi. Sayma vә hesablama insanın әn qәdim fәaliyyәt növlәrindәn biridir. Eramızdan yüzlәrlә il әvvәl zamanın ölçülmәsi, torpaq әrazilәrinin sahәsinin tәyin edilmәsi, ticarәt hesablamaları vә s. ilә әlaqәdar kifayәt qәdәr mürәkkәb mәsәlәlәrin hәlli mexaniki hesablama maşınlarının (abak, çötkә vә s.) yaranmasına sәbәb oldu. Tikinti, naviqasiya, kartoqrafiya, ballistika vә s.-nin inkişafı, iqtisadi hesablamaların çәtinlәşmәsi böyük hәcmli hesablamaların aparılması üçün müxtәlif hesablama alәtlәri vә qurğularının meydana çıxmasına şәrait yaratdı. Hesablama tarixindә әsas hadisәlәrdәn biri C.Neperin loqarifmi ixtira etmәsi (1594; 1614 ildә nәşr etdirdi) oldu. Hesablamaların sadәlәşdirilmәsi vә sürәtlәndirilmәsi üçün riyazi (loqarifmlәr, triqonometrik funksiyalar vә s.) cәdvәllәr quruldu. 1620 ildә E.Qanter (E.Gunter; 1581–1626) loqarifm şkalalarını kәşf etdi vә sonralar müxtәlif konstruksiyalı loqarifm xәtkeşlәri hazırlandı. 19 әsrin ortalarınadәk H.t.-nın inkişafı dar çәrçivәdә ixtisaslaşdırılmış mәsәlәlәrin hәlli üçün nәzәrdә tutulan hesablama maşınlarının (planimetr, inteqraf vә s.) yaradılması ilә bağlı idi. 19 әsrin ortalarında rәqәmli H.t. qurğuları, ilk növbәdә mexaniki arifmometrlәr vә cәmlәyici maşınlar inkişaf etmәyә başladı. İlk dәfә 1834 ildә universal hesablama maşını ideyası (Ç.Bebbicin analitik maşın layihәsi) yarandı. Sadә elektromexaniki rele әsasında qurulan hesablama-perforasiya maşınlarının yaradılması (H.Hollerit, 1889) H.t.-nın inkişafında әsas mәrhәlә oldu. 1930-cu illәrin ortalarında reledәn elektron lampalara keçidin başlaması EHM-in yaranması (1940-cı illәr) ilә nәticәlәndi. 19 әsrin ortalarında riyaziyyatçılar A.de Morqan (B.Britaniya), C.Bul vә U.S.Cevons (B. Britaniya) riyazi mәntiqin әsasını qoydular. Bu, 20 әsrin birinci yarısında rele-kontakt sxemlәri nәzәriyyәsinin yaradılması (A.Nakaşima, 1936, Yaponiya; K.Şennon, 1938, ABŞ) üçün әsas oldu. E.L.Post (ABŞ) vә A.M.Tyurinqin (1936) әsәrlәrindә alqoritm anlayışının formalaşması xüsusi әhәmiyyәt kәsb etmişdir. Sonrakı illәrdә C. fon Neyman, S.A.Lebedev, A.M.Tyurinq, M.Uilks, A.A.Lyapunov vә s. alimlәrin tәdqiqatları (hesablama maşınının arxitekturası, proqramlaşdırma, әmәliyyat sistemlәri) H.t.-nın nәzәriyyә vә tәtbiqinin inkişafında böyük rol oynamışdır. 1950-ci illәrin ortalarında sәnaye, nәql., ticarәt, maliyyә-kredit sahәsindә müxtәlif informasiya vә plan-iqtisadi sistemlәr qurmağa imkan verәn, yarımkeçirici elementlәr bazasında hazırlanmış yüksәk mәhsuldarlıqlı EHM-lәr, hәmçinin avtomatik idarәetmә sistemlәri (AİS) yaradıldı. 1960-ci illәrin sonunda element bazasının tәkmillәşdirilmәsi (inteqral sxemlәrin yaradılması) nәticәsindә EHM-lәrin iş sürәti vә etibarlığı yüksәldi, funksional imkanları genişlәndi, ölçülәri vә istifadә etdiyi enerji azaldı, istehsalı ucuzlaşdı. Mini-EHM vә mikro-EHM-lәrin qurulması H.t.-nın uğurla hәll etdiyi mәsәlәlәrin dairәsini genişlәndirdi. Verilәnlәr bazasını idarәetmә sistemlәri, layihә işlәrinin avtomatlaşdırılması sistemlәri hazırlandı, AİS-lәr tәkmillәşdirildi; müxtәlif tәyinatlı tәtbiqi proqramlar paketinin yaradılması işinә xüsusi fikir verildi. Yeni dillәr vә proqramlaşdırma sistemlәri yaradıldı, әvvәl olanlar isә inkişaf etdirildi. İntellektual әmәyin avtomatlaşdırılması riyaziyyatın (xüsusilә riyazi modellәşdirmәnin), mәntiqin, linqvistikanın vә psixologiyanın yeni bölmәlәrinin yaranmasına sәbәb oldu. H.t.-nın әsas inkişafı mikroprosessorun kәşfi (1970-ci illәr) ilә bağlıdır. Adi hesablama sistemlәrindә ayrı-ayrı inteqral sxemlәr üzәrindә yerlәşәn funksional bloklar artıq bir kristal üzәrindә yerlәşdiyindәn fәrdi kompüterlәrin (FK) kütlәvi istehsalı başlandı. 1980-ci illәrin ortalarında yüksәkmәhsuldarlıqlı çox maşınlı vә çox prosessorlu hesablama sistemlәri vә super-EHM yaradıldı. Mikroprosessorlar әsasında qurulmuş qurğular avtomatika, nәzarәt-ölçü texnikası, rabitә aparatları, mәişәt texnikası vә s.-dә geniş tәtbiq edildi. Süni intellekt mәsәlәlәrinin hәlli üçün kompüter sistemlәrinin qurulması, hәmçinin H.t.-nın etibarlılığının tәmin edilmәsi problemlәri diqqәt mәrkәzindә oldu. İnformasiyanın telekommunikasiya emalının tәkmillәşdirilmәsi vә rabitә sistemlәrinin inkişafı müxtәlif sinif vә tip EHM-lәri birlәşdirәn böyük informasiyahesablama şәbәkәlәrinin, hәmçinin müxtәlif tәyinatlı tәkmillәşdirilmiş informasiyaintellektual sistemlәrinin (mәs., İnternet) yaranmasına sәbәb oldu. FK istifadәçisi informasiya şәbәkәsinin bütün ehtiyatlarından istifadәyә, bir-birindәn uzaqda yerlәşәn müxtәlif sәviyyәli abonentlәr arasında ünsiyyәt (yazışma, video konfrans vә s.) tәşkil etmәyә imkan qazandı. Bütün bunlar insan fәaliyyәtinin bir çox sahәlәrindә radikal dәyişikliklәr yaratdı vә bütünlükdә cәmiyyәtin kompüterlәşmәsinin әsasını qoydu.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU