Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HESABLAR PLANI 
    HESABLAR PLANI – tәşkilatın maliyyә tәsәrrüfat fәaliyyәtinin mühasibat uçotu hesablarının sistemlәşdirilmiş siyahısı. H.p.-na sintetik hesabların (birinci tәrtib hesabları) vә subhesabların (ikinci tәrtib hesabları) adları vә nömrәlәri daxildir. H.p.-nda ikiqat qeydlәr tәtbiq edilmәdәn uçota alınan balansarxası hesablar da ayrıca qeyd olunur. Sintetik hesablar tәşkilatın tәsәrrüfat vәsaitlәrinin tәrkib vә hәrәkәtinin uçotu, onların yaranma mәnbәlәrinin vә tәsәrrüfat proseslәrinin ümumilәşdirilmiş qruplaşdırılmasıdır. Onlar haqqında informasiyanın bu dәrәcәdә ümumilәşdirilmәsi mühasibat hesabatı formalarının hazırlanması üçün zәruridir. Sintetik hesablar H.p.-nın “Dövriyyәdәnkәnar aktivlәr”, “İstehsal ehtiyatları”, “İstehsal xәrclәri”, “Hazır mәhsul vә әmtәәlәr”, “Pul vәsaitlәri”, “Hesablar”, “Kapital”, “Maliyyә nәticәlәri” bölmәlәrindә әksini tapır. Subhesablar bütün tәşkilatın, hәmçinin ayrı-ayrı tәsәrrüfat әmәliyyatlarının idarә olunması üçün daha әtraflı informasiyanı әhatә edәn analitik uçotun aparılmasında tәşkilatın öz mülahizәsinә görә tәtbiq edilir. Qeydlәrin mühasibat uçotu hesablarında әks olunması ardıcıllığı H.p.-nın tәtbiqinә dair tәlimatla nizamlanır. Bu tәlimatda sintetik hesabların vә onlara açılmış subhesabların qısa xarakteristikası, hәmçinin hәr bir sintetik hesabın digәr hesablarla müxabirlәşmәsinin standart sxemi verilir. Bütün müәssisәlәrin hamısı H.p.-nda nәzәrdә tutulan hesabların siyahısından heç dә tam istifadә etmir, onlar yalnız özlәrinin hәyata keçirdiklәri tәsәrrüfat әmәliyyatlarını әks etdirmәk üçün lazım olan hesabları tәtbiq edirlәr. Odur ki, ümumi H.p. bazasında hәr bir tәşkilatda onun tәsәrrüfat fәaliyyәtinin spesifikasını nәzәrә alan vә mühasibat uçotunun sintetik vә analitik hesablarının sistemlәşdirilmiş siyahısını özündә әks etdirәn işçi H.p. işlәnib hazırlanır vә tәsdiqlәnir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU