Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HESABLARIN MÜXABİRLƏŞMƏSİ
    HESABLARIN MÜXABİRLƏŞMƏSİ – 1) mühasibat uçotunda ikiqat qeydiyyat metodu zamanı mühasibat uçotu hesabları arasında yaranan qarşılıqlı әlaqә. H.m. mühasibat uçotu obyektlәri arasında hәm informasiya әlәqәlәrini, hәm dә tәsәrrüfatçılıq edәn subyektlәr arasında hüquqi münasibәtlәri әks etdirir, ya xronoloji, ya da sistematik qeydiyyatla tәqdim olunur. Hәr bir tәsәrrüfat әmәliyyatı iki uçot obyektindә eynihәcmli dәyişikliyә sәbәb olur vә bir hesabın debeti onunla qarşılıqlı әlaqәdә olan digәr mühasibat uçotu hesabının kreditindә eyni mәblәğdә әks olunur. Bu, tәsәrrüfat әmәliyyatının ikitәrәfli iqtisadi tәbiәti ilә şәrtlәnir. Bir tәrәf “hara” vә ya “nәyә” vәsait qoyulduğunu, digәr tәrәf qoyulan vәsaitlәrin “haradan” gәldiyini, yәni onun mәnbәyini qeydiyyata alır. Sadә tәsәrrüfat әmәliyyatları mühasibat uçotunun iki hesabının müxabirlәşmәsi ilә әks etdirilir. Bәzәn eyni sadә әmәliyyatlar bir mürәkkәbdә birlәşdirilir. Bu halda mühasibat uçotunun bir neçә hesabı arasında müxabirlәşmә yaranır. Onun özәlliyi ondadır ki, qeydiyyat bir tәrәfdә yalnız bir hesab üzrә, digәr tәrәfdә isә bir neçә hesab üzrә aparılır. Mәblәğin göstәrildiyi H.m. mühasibat köçürmәsi adlanır. 2) Milli hesablar sistemindә (MHS): iqtisadi әmәliyyatların qeydiyyat prosesindә yaranan ümumilәşdirici hesablar arasında onların balansı әlaqәsini milli iqtisadiyyat miqyasında tәmin etmәyә imkan verәn informasiya әlaqәsi. Milli hesablar iqtisadi fәaliyyәtin gedişatı vә nәticәlәrinin ümumilәşdirici kәmiyyәt xarakteristikasını verir. ÜDM dövriyyәsinin müxtәlif mәrhәlәlәrindә onun bәrabәr olması MHS-in qurulmasının әsasını tәşkil edir: istehsal edilmiş ÜDM hәm bölüşdürülmüş, hәm dә istifadә edilmiş ÜDM-ә (daxili iqtisadiyyat üçün) bәrabәrdir. MHS-in tәrtibi zamanı H.m. özünü ilk növbәdә hәr bir hesabın son göstәricisinin sonrakı hesabın ilk göstәricisi olmasında göstәrir. Mәs., “ÜDM-in bazar qiymәtlәrindә” istehsalı hesabının son göstәricisi eyni zamanda növbәti gәlirlәrin yaranma hesabının resurs bölmәsinin ilk göstәricisidir. Lakin MHS-in eyni aqreqatlarının hesablanması zamanı iqtisadi fәaliyyәtin müxtәlif mәrhәlәlәrindә bu aqreqatlar ayrı-ayrı informasiya mәnbәlәri әsasında hesablandığı üçün ziddiyyәtlәr yarana bilәr. Bu halda balans әlaqәsinә nail olmaq üçün hesaba xüsusi “statistik fәrqlәr” bölmәsi әlavә edilir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU