HÉSSEN – AFR-dә federal әrazi. Sah. 21,1 min km2. Əh. 6,3 mln. (2020). İnz. m. Visbaden ş.-dir. Sәthi, әsasәn, dağlıqdır. Maks. hünd. 950 m (Vasserkuppe d.). İqlimi mülayimdir; dәniz iqlimindәn kontinental iqlimә keçid tәşkil edir. Orta temp-r yanvarda 0–2°C, iyulda 18–20°C. İllik yağıntı 600–800 mm. Qonur kömür, kalium duzları çıxarılır.
Tәsәrrüfat. H. Avropanın dinamik inkişaf edәn regionlarından biridir. ÜDMin hәcmi 327 mlrd. dollar (2017), adambaşına 52,6 min dollar tәşkil edir (2017). Sәnayenin әsas sahәlәri maşınqayırma, kimya, әczaçılıq, hәmçinin polad istehsalıdır (Vetzlar ş.). Kassel, Offenbax, Visbaden, Fulda vә Darm ştadt şәhәrlәrindә sәnaye (nәql. vasitәlәri, dәzgah, dәrman vә kimyәvi preparatlar, elektrik malları, elmi cihaz, şüşә, rezin mәmulatı, oyuncaq, musiqi alәtlәri vә s. istehsalı) müәssisәlәri, “Opel”, “Volksvagen”, “Tissen-Henşel” vә digәr mühüm şirkәtlәrin z-dları, dәri sәnayesi (Offenbax ş.) müәssisәlәri, hәmçinin xidmәt sferası sahәlәri fәaliyyәt göstәrir. K.t. inkişaf etmişdir. Əsasәn, buğda, şәkәr çuğunduru, kartof, H.-in c.-q.-indә üzüm, meyvә, hәmçinin tütün becәrilir. Heyvandarlıq, әsasәn, yağ vә pendir istehsalı üzrә ixtisaslaşmışdır, donuz vә ev quşları yetişdirilir. H.-dә yüksәk inkişaf etmiş avtomagistral şәbәkәsi, d.y. xәtlәri vә iqtisadi әhәmiyyәtә malik mühüm su nәql. var. Burada Avropanın üçüncü (Londondakı “Hitrou” vә Parisdәki “Şarl de Qoll”dan sonra), Almaniyanın әn böyük Frankfurt-Mayn aeroportu fәaliyyәt göstәrir. Kurortlar, mineral vә müalicәvi termal sular turizmin inkişafında әhәmiyyәtli rol oynayır. Visbaden mühüm kurort ş.-dir.











