Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HETEROGEN KATALİZ
    HETEROGEN KATALİZ – reagentlәrin katalizatorlarla qarşılıqlı tәsiri (kontaktı) hesabına kimyәvi reaksiyanın sürәtinin dәyişmәsi vә ya inisiatorlanması; katalizator reaksiya mühitindәn ayırıcı sәthlә ayrılan sәrbәst faza әmәlә gәtirir. H.k.-in köhnә adı “kontakt kataliz”dir. Kataliz hadisәsi әksәr hallarda reaksiyaya girәn maddәlәrin molekullarının katalizator ilә tsiklik aralıq kimyәvi qarşılıqlı tәsiri nәticәsindә baş verir. Bu qarşılıqlı tәsirlәr reaksiyayaqabil aralıq kimyәvi birlәşmәlәrin – katalitik intermediatların әmәlә gәlmәsinә gәtirib çıxarır. Sürәtlәnәn reaksiyanın qarşılıqlı tәsirlәr tsikli vә mәqsәdli mәhsulların әmәlә gәlmәsi sona çatdıqda katalizator kimyәvi tәrkibini bәrpa edir. Kimyәvi çevrilmәlәrin yekun stexiometrik tәnliyinә katalizatorlar daxil deyil. Qaz vә ya maye fazalarda reagentlәr arasındakı reaksiyaları sürәtlәndirәn vә bәrk maddә şәklindә olan katalizatorun istifadә edildiyi H.k. daha geniş yayılmışdır. Bu halda reagentlәrin katalitik çevrilmәsindәn әvvәl reaksiyaya girәn maddәlәrin molekulları katalizatorun sәthinә diffuziya edir vә onun sәthindә adsorbsiya (adәtәn xemo sorbsiya) olunur. Əsas katalitik çevrilmәlәr, o cümlәdәn xemosorbsiya katalizatorun aktiv mәrkәzlәrindә baş verir. Sonrakı mәrhәlәlәrdә reaksiya mәhsullarının molekulları katalizatorun sәthindәn desorbsiya olunur, maye vә ya qaz fazaya diffuziya edir. H.k.-dә katalizatorların әsas xarakteristikaları: katalitik aktivlik (adәtәn, miqdarca kataliz olunan reaksiya sürәtinin, yәni reagent molekullarının vahid zamanda çevrilmәlәrinin sayının katalizatorun kütlәsinә vә ya hәcminә olan nisbәti ilә ifadә olunur) vә xüsusi katalitik aktivlik (sürәtin kataliza torun vahid sәthinә vә ya aktiv mәrkәzlәrin sayına nisbәti), hәmçinin reagent molekullarının çevrilmәsi tәlәb olunan istiqamәtdә baş vermә ehtimalını müәyyәn edәn prosesin selektivliyidir (mәqsәdli mәhsulun yığılma sürәtinin ilkin reagentin bütün çevrilmәlәrinin sürәtlәrinin cәminә olan nisbәti). Prosesin sürәtinә tәsir edәn mühüm parametrlәr temp-r vә reagentlәrin tәzyiqidir (qatılığıdır). H.k.-in bir çox praktiki әhәmiyyәtli katalizatorların yüksәk aktivliyi onların sәthindә aktiv mәrkәzlәrin sayının çox olması ilә әlaqәdardır. Katalizatorların sәthinin hәr cür, o cümlәdәn onun makro-, mikro- vә ya bәzәn nanostrukturlaşması hesabına böyümәsi onların aktivliyini yüksәldir. H.k.-dә katalizator kimi istifadә olunan maddәlәrin tәbiәti olduqca müxtәlifdir vә katalizlәnәn reaksiyanın tipindәn, onun aparılma şәraitindәn (mәs., temp-r) asılıdır. Mәs., keçid metallarının sadә vә qarışıq oksidlәri, o cümlәdәn nanostrukturlaşmış molekulyar әlәklәr (mәs., seolitlәr), iondәyişdirici qatranları turşu-әsas reaksiyaların sәciyyәvi katalizatorlarıdır. Heterogen fotokatalizdә yarımkeçirici xassәlәrә malik oksidlәr vә sulfidlәr istifadә olunur. Heterogen-katalitik proseslәr mühüm praktiki әhәmiyyәt kәsb edir. Belә ki, neft emalı, neft-kimya vә kimya sәnayesindә istifadә olunan texnologiyaların 90%-ә qәdәri heterogen-katalitik proseslәrә әsaslanır. H.k. neftin dәrin emalı zamanı, yüksәkoktanlı benzin, azkükürdlü dizel vә xüsusi növ yanacaqların, üzvi hәlledicilәrin, plastiklәrin vә çoxlu polimerlәrin alınması üçün monomerlәrin, üzvi vә qeyri-üzvi turşuların, gübrә vә bitki mühafizәsi vasitәlәrinin, dәrman vә biol. aktiv maddәlәrin, bәzi qida mәhsullarının vә s. istehsalında tәtbiq edilir. H.k.-dә istifadә edilәn reaksiyalar әksәr tәbiәti mühafizә texnologiyalarının, mәs., atılan, tüstü vә işlәnmiş qazların uçucu üzvi birlәşmәlәrdәn, karbonmonooksid, azot oksidlәri, kükürd (IV) oksid vә hidrogen-sulfiddәn tәmizlәnmәsinin әsasını tәşkil edir. İnkişaf etmiş sәnaye ölkәlәrindә avtomobillәrdә işlәnmiş qazları katalitik neytrallaşdıran avadanlığın mütlәq olmasını tәlәb edәn qanun fәaliyyәt göstәrir. H.k. (o cümlәdәn elektrokataliz) avtonom, hidrogen vә qeyri-әnәnәvi energetika üçün (mәs., yüksәk effektli elektrokimyәvi generatorların yanacaq elementlәrinin hazırlanmasında) böyük әhәmiyyәt kәsb edir.
    Əd: К р ы л о в О.В. Гетерогенный катализ. М., 2004.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU