“GÖL MƏKTƏBİ” (ing. “Lake school”), l e y k i s t l ә r – 18 әsrin sonu – 19 әsrin әvvәllәrindә ingilis romantik şairlәr qrupu. Əsas nümayәndәlәri bir müddәt Nortamberlend vә Kamberlend qraflıqları әrazisindә yerlәşәn Göllәr diyarında yaşamış U.Vordsvort (leykistlәrin başçısı), S.T.Kolric vә R.Sauti olmuşlar. “G.m.” terminini ilk dәfә 1817 ildә “Edinburq icmalı” (“Edin burgh Review”) jurnalında hәlә xeyli әvvәl “yeni mәktәb”in meydana gәlmәsinә son dәrәcә mәnfi rәy bildirmiş tәnqidçi F.Ceffri işlәtmişdir. C.Bayronunda leykistlәrә münasibәti istehzalı olmuşdur. “G.m.”-nin әsası 1794 ildә R.Sauti vә S.T.Kolricin Oksfordda tanış olduqları vaxt qo yulmuşdur. Onların birgә yaradıcılığının mәhsulu “Robespyerin süqutu” (1794) uğur suz dramı idi. 1797 ildә Kolricin U.Vords vort ilә dostluq әlaqәlәri başlamış vә onlar birlikdә “Lirik balladalar” (1798) toplusunu nәşr (anonim) etdirmişlәr. Toplunun ikinci nәşrinә (1800) yazdığı ön sözdә (ingilis romantizminin erkәn mәrhәlәsinin manifesti) Vordsvort poeziyaya, o cümlәdәn poetik dilin islahatına dair fikirlәrini irәli sürmüşdür.Leykistlәrin poeziyasının әsas janrları ballada vә poema idi. “G.m.” şairlәrinin yaradıcılıq meyillәrinin әhәmiyyәtli dәrәcәdә bir-birindәn fәrqlәnmәsi onları bir qrupda birlәşdirmәyi qeyrimәqbul edir vә bunun dәfәlәrlә müzakirә mövzusuna çevrilmәsinә sәbәb olurdu.










