Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HALBVÁKS 
    HALBVÁKS (Halbwachs), A l b v a k s Moris (11.3.1877, Reyms – 16.3.1945, Buxen wald) – fransız sosioloqu vә filosofu, E.Dürkheym mәktәbinin nümayәndәsi. Parisdә Ali Normal Mәktәbi bitirmişdir (1901). Fransada müxtәlif liseylәrdә dәrs demişdir. Strasburq (1919–35) vә Paris (1935 ildәn) un-tlәrinin prof.-u olmuşdur. Reformist sosializm tәrәfdarı idi. 1944 ildә Müqavimәt hәrәkatında iştirakına görә hәbsә alınmış, hәbs düşәrgәsindә vәfat etmişdir. H.-ın әsas tәdqiqatları sosial siniflәr (onların tәlәbatı, istehlakı vә psixologiyası) vә sosial yaddaş problematikasına aiddir. Siniflәr H.-a görә, sinfi özünüdәrk mövcud olmaqla müәyyәn dәyәrlәr sisteminә әsaslanan iyerarxiya vasitәsilә müәyyәnlәşdirilir. H. tәlәbat vә istehlakın nisbi, dәyişkәn xarakterini vә sosial cәhәtdәn şәrtlәnmәsini vurğulayırdı. “İntiharın sәbәblәri” (“Lescauses du suicide”, 1930) kitabında H. intiharın tәhlilindә Dürkheymә xas antipsixologizmin rolunu azaldaraq psixi amillәri önә çәkirdi. Tәdqiqatlarında yaddaşı sosiomәdәni hadisә kimi göstәrirdi; fәrdi yaddaş әnәnәlәrdә vә sosial institutlarda ifadә olunan “kollektiv yaddaş” ilә şәrtlәnir, sosial qarşılıqlı әlaqә vә sosial hәyatın ritmlәri isә xatırlamanın mühüm amilidir. Sosial mühit mәkan vә zaman xatırlamalarını nizama salır, onların özlәrinin vә tәsbit olunduqları anlayışların mәnbәyi kimi çıxış edir. Yaddaş vә “kollektiv yaddaş”ın “sosial çәrçivәlәr”i haqqında H.-ın ideyaları 20–21 әsrlәrin qovşağında sosial elmlәrdә, o cümlәdәn yaddaş mәdәniyyәti, “yaddaş yerlәri” vә s.-ә dair araşdırmalarda davam vә inkişaf etdirilmişdir.
    Ə s ә r l ә r i : La classe ouvriére et les niveaux de vie. P., 1913; Esquisse d`une psychologie des classes sociales. P., 1955; La mémoire collective. Nouv. éd. rev. et augm. P., 1997; Социальные рамки памяти. М., 2007; La topographie légendaire des Évangiles en Terre sainte: Étude de mémoire collective. P., 2008.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU