HETERONGENLƏMƏ, m e t a l l u r g i y a d a – bir çox metal әrintilәrindә vә kompozisiya materiallarında fiziki xassәlәri vә kimyәvi tәrkiblәri fәrqli olan iki, yaxud bir neçә fazadan ibarәt strukturun yaradılması. Xüsusi texnoloji emalla (uzun müddәt köhnәlmә, yönәldilmiş kristallaşma vә s.), әrinti komponentlәrini müәyyәn şәrt daxilindә seçmә yolu ilә aparılır. Mәs., heterogen әrintilәrin strukturunda daha bәrk tәrkiblәr 10–50% tәşkil edir. Bir çox hallarda heterogen strukturlu әrintilәr birfazalı struktura nisbәtәn müәyyәn üstünlüyә (mәs., çox davamlılığa – xüsusәn hәrarәtәda vamlılığa) malikdir. H. prosesindә әrintinin möhkәmlәnmәsi bir qayda olaraq onun plastikliyinin azalması ilә müşayiәt edilir.










