Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HETEROKEÇİD 
    HETEROKEÇİD – müxtәlif kimyәvi tәrkibli iki yarımkeçiricinin kontaktı. Adәtәn yarım keçiricilәrin ayrılma sәrhәdindә qadağan olunmuş zonanın eni, yükdaşıyıcıların yürüklüyü, onların effektiv kütlәlәri vә digәr parametrlәri dәyişir. “Kәskin” H. xassәlәrin dәyişmәsi, hәcmi yüklәrin lokallaşdığı oblastın eni tәrtibindә vә ya ondan kiçik uzunluqda baş verir (bax Elektrondeşik keçidi). H.-in hәr iki tәrәfindәn aşqarlar daxil etmәklә p-n H. (anizotip) vә n-n, yaxud p-p H. (izotip) almaq olar. H.-lәrin vә homokeçidlәrin müxtәlif kombinasiya sından h e t e r o s t r u k t u r l a r yaradılır. Kristallik qәfәslәrin tәması ilә H. alınması üçün kontaktı әmәlә gәtirәn materialların kristal qәfәslәrinin tipi, oriyentasiyası vә qәfәs sabiti üst-üstә düşmәlidir. Bundan başqa ideal H. sәrhәdindә struktur defektlәri vә digәr defektlәr (dislokasiyalar, nöqtәvi defektlәr vә s.), hәmçinin mexaniki gәrginliklәr olmamalıdır. Ən geniş tәtbiq sahәsinә malik monokristallik H. AIIIBV tipli yarımkeçirici materiallar (Ga vә Al arsenidlәri, fosfidlәri vә antimonidlәri) vә onların bәrk mәhlulları әsasında yaradılmışdır. Ga vә Al ionlarının kovalent radiuslarının ölçülәri bir-birinә yaxın olduğundan kimyәvi tәrkibin dәyişmәsi ilә qәfәs sabitinin qiymәti dәyişmir. Çoxkomponentli (dörd vә daha çox) bәrk mәhlullar әsasında alınan H.-in tәrkibi geniş diapazonda dәyişdirilsә dә qәfәs periodu sabit qalır. Monokristallik H. vә heterostrukturların istehsalında yarımkeçirici kristalların epitaksiya metodları vasitәsilә lay-lay çökdürülmәsindәn istifadә olunur. H.-dәn müxtәlif yarımkeçirici cihazlarda (mәs., yarımkeçirici lazerlәrdә, işıqsaçan diodlarda, fotoelementlәrdә, Günәş elementlәrindә, heterotranzistorlarda vә s.) istifadә olunur. Müasir dövrdә H. dedikdә, bәrk halda olan istәnilәn iki materialın (kristal vә ya amorf halda olan yarımkeçirici, dielektrik, metal, superion materialların) kontaktı nәzәrdә tutulur.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU