HETEROQAMETLİK (hetero... + qametlәr) – Bircinsiyyәtli orqanizmlәrin cinsiyyәt xromosomlarına görә (mәs., X vә Y) fәrqlәnәn iki tip qamet әmәlә gәtirmәsi. Belә cinsiyyәtin heteroqamet adlandırılmasını Amerika sitoloqu E.Vilson tәklif etmişdir (1911). H. müxtәlif qametlәrin bәrabәrehtimallı olunan әmәlәgәlmәsini tәmin edir, yәni digәr cinsin homoqametliyi zamanı nәsillәrdә cinsiyyәtlәrin eyni nisbәtini verir. İnsan da daxil olmaqla növlәrin әksәriyyәtindә H. erkәk cinsin fәrdlәri (erkәk H.) üçün sәciyyәvidir. Kәpәnәklәrdә, bulaqcılarda, bәzi balıqlarda, suda-quruda yaşayanlarda, sürünәnlәrdә, quşlarda vә çox nadir hallarda bitkilәrdә (mәs., çiyәlәkdә) H. dişi cinsi fәrdlәrinә (dişi H.) xasdır. H. Cәnubi Qafqaz dağ korcasında (Ellobius lutescens), hәmçinin eksperiment zamanı drozofil milçәklәrinin erkәk fәrdlәrindә olduğu kimi, dişi cinsindә dә (ikicinsiyyәtli heteroqa metlik) müşahidә edilir.










