HETEROTERM HEYVANLAR (hetero… + yun. ϑέρμη – isti), homoyoterm heyvanlar qrupu; bәdәninin sabit temp-r dövrlәri әtraf mühit temp-runun dәyişmәsindәn asılı olan әhәmiyyәtli tәrәddüd dövrlәri ilә әvәz olunur. Bәzi H. h.-a bәdәn temp-runun qeyrisabitliyi yuxuda (kolibrilәr, yarasalar), digәrlәrindә isә mövsümi olaraq, qış yuxusu zamanı özünü büruzә verir.










