HÉTNER (Hettner) Alfred (6.8.1859, Drezden – 31.8.1941, Heydelberq) – alman coğrafiyaçısı. Hall, Bonn vә Strasburq un-tlәrindә oxumuşdur. F.Rixthofenin şagirdi olmuşdur. 1881 ildә doktorluq dissertasiyası müdafiә etmişdir. 1887 ildәn Leypsiq Un-tindә dәrs demiş (1894 ildәn prof.), 1897 ildәn Tübinq Un-tindә işlәmişdir. 1899–1928 illәrdә Heydelberq Un-tindә coğrafiya kafedrasına başçılıq etmişdir. 1895 ildә “Geographische Zeitschrift” jurnalını tәsis etmiş vә 1935 ilәdәk onun redaktoru olmuşdur. Müxtәlif illәrdә Cәnubi Amerika, Asiya, Avropa vә Şimali Afrikanın bir sıra ölkәlәrinә, hәmçinin Rusiya vә ABŞ-a sәyahәt etmişdir. Elmi mәktәb yaratmışdır. Coğrafiya, ölkәşünaslıq, iqlimşünaslıq, geomorfologiya vә insan coğrafiyasının metodologiyası üzrә işlәri ilә mәlumdur. Əsas işi – “Coğrafiya, onun tarixi, mahiyyәti vә metodları”dır (“Die Goegraphie, ihre Geschichte, ihr Wesen und ihre Metoden” 1927). H. coğrafiyanın tәrkibinә yalnız ölkәşünaslıq vә landşaftşünaslıq sahәlәrini aid etmiş, ümumi fiziki coğrafiya bölmәsini bu tәrkibdәn çıxarmışdır. O, cәmiyyәt vә onun qanunauyğun inkişafı anlayışını rәdd edәrәk, insana tәbii landşaftın bir komponenti kimi baxmışdır. Bir sıra ölkәlәrin coğrafiyaçılarına H. ideyalarının böyük tәsiri olmuşdur.
Ə s ә r l ә r i: Европейская Россия. Антропо географи ческий этюд. М., 1907; Страноведение Европы. М.; Л., 1925.










