Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HETT ÇARLIĞI 
    HETT ÇARLIĞI – Kiçik Asiyada qәdim dövlәt. Əsas әhalisi hettlәr olmuş, luviyalılar, hattlarhurrilәr dә mühüm rol oynamışlar. Bu әrazidә e.ә. 20–18 әsrlәrdә dövlәtlәrin tәşәkkülü prosesinә Aşşur kolonistlәrinin yerli dövlәti qurumlar ilә qarşılıqlı әlaqәlәri tәsir göstәrmişdir. Kussar hökmdarları Pithana vә Anitta (e.ә. 18 әsr) müharibәlәr gedişindә Mәrkәzi Anadolunun böyük hissәsini, o cümlәdәn Qara dәniz sahilindәki Tsalpanı mәrkәzi Kaniş (Nesa) ş. olan vahid dövlәtdә birlәşdirdilәr; tәqr. e.ә. 1725 ildә onun hökmdarı Kanişi istila edәn Alahzinanın çarı Zuzu oldu. Tezliklә Kussar-Nesa çarlığı parçalandı, lakin H.ç.-nın sonrakı hökmdarları Anittanı öz dövlәtlәrinin qurucusu hesab edirdilәr. H.ç.-nın sonrakı tarixindә, adәtәn, qәdim, orta vә yeni hett dövrlәri müәyyәnlәşdirilir (1-ci vә 2-ci dövrlәri çox vaxt birlәşdirirlәr). Qәdim hett dövründә (e.ә. 17–16 әsrlәr) birlәşmәnin mәrkәzi yenidәn Kussar ş. oldu. Onun hökmdarı I Labarnas işğalçılıq siyasәtini bәrpa etdi. Sonralar Labarnas adı hett çarlarının tituluna çevrildi. Onun xәlәfi I Hattusilis [tәqr. e.ә. 1650–20] Suriyaya işğalçı yürüşlәr etdi vә paytaxtı Hattusasa köçürdü. I Hattusilisin nәvәsi I Mursilis [tәqr. e.ә. 1620–1590] Yamhad vә Babil şәhәrlәrini fәth etsә dә, işğal olunmuş әrazilәri әlindә saxlaya bilmәdi vә I Hantilis [tәqr. e.ә. 1590–60] adı ilә hakimiyyәtә gәlәn kürәkәni tәrәfindәn öldürüldü. Sonrakı çarlar I Sidantas, Ammunas vә I Hutsiyasın hakimiyyәti daxili çәkişmәlәr vә saray çevrilişlәri ilә sәciyyәlәnir. Bununla belә, Ammunasın şm.-da hәrbi fәallığı artıraraq H.ç.-nın qüdrәtini bәrpa etmәk cәhdlәri mәlumdur. Çevriliş nәticәsindә hakimiyyәtә gәlәn Telepinu [tәqr. e.ә. 1530–1500] öz sәlәfini sürgün etdi, qanunmәşvәrәtçilik vә mәhkәmә funksiyalarına malik pankus vә tuliyas yığıncaqlarının rolunu güclәndirdi. Telepinu hakimiyyәtin varisliyi haqqında qanun qәbul etdi, hett qanunlarının mәcәllәlәşdirilmәsini başa çatdırdı vә Anadolunun c.-ş.-indә yaranmış Kitsuvatna (Kitsu vadna) dövlәti ilә müqavilәlәrin bağlanması әnәnәsinin әsasını qoydu. Orta hett dövrü (e.ә. 15 әsr – e.ә. 14 әsrin әvvәllәri) H.ç.-nın xarici siyasi vәziyyәtinin sabitlәşmәsi ilә sәciyyәlәnir. Bәzilәri qәsbkar olan çarlar (Alluvamnas, Tahurvailis, II Hantilis, II Sidantas, II Hutsiyas vә I Muvatallis) Kitsuvatna dövlәti ilә müqavilә münasibәtlәrini davam etdirir, H.ç.-nın mәrkәzi vә şm.-ş. әrazilәrindә әyanlara torpaq mülklәri bağışlayırdılar. Orta hett dövrü çarları müqavilәlәr praktikasını hәm xarici, hәm dә daxili siyasәtdә inkişaf etdirirdilәr. Yeni hett dövründә (e.ә. 14 әsrin әvvәllәri – e.ә. 12 әsrin әvvәllәri) H.ç. güclәndi. I (II) Tudhaliyas q. (Artsava vә Assuva) vә c.-ş. (Kitsuvatna vә Hәlәb) istiqamәtlәrindә işğalçı siyasәtini fәallaşdırdı. Eyni zamanda, şm.-dan kaskların tәzyiqi artdı, I (II) Tudhaliyasın xәlәflәri I Arnuvandas vә III Tudhaliyasın hakimiyyәti illәrindә Hattusas dağıdıldığına görә paytaxt Sapinuva (yaxud Samuha) ş.-nә köçürüldü. Daha iki çarın, ehtimal ki, I (II) Tudhaliyasın vә I Arnuvandasın arasında hökmranlıq edәn II Hattusilis vә II Tudhaliyasın mövcudluğu indiyәdәk müzakirә mövzusu olaraq qalmaqdadır. III Tudhaliyasın oğlu I Suppiluliumas [tәqr. e.ә. 1380–30] Hattusası bәrpa etdi, kasklarla mübarizәnin gedişinindә dönüş yaratmağa cәhd göstәrdi, Suriyada hettlәrin ağalığını qәti şәkildә bәrqәrar etdi, Mitanninin qüdrәtinә son qoydu, Uqariti isә öz vassalına çevirdi. Şimali Suriyada çoxu hett sülalәsinin yan qolunun nümayәndәlәri tәrәfindәn idarә edilәn vassal çarlıqlar sistemi yarandı. E.ә. 14 әsrdә H.ç. Yaxın Şәrqin “böyük dövlәtlәri” sırasına daxil oldu, sülalә nikahları nәticәsindә çar sülalәsi hәmin dövlәtlәrin hökmdarlarının qohumlarına çevrildi. I Suppiluliumasın böyük oğlu II Arnuvandas hakimiyyәtә gәldikdәn az sonra taun xәstәliyindәn öldü vә onun kiçik qardaşı II Mursilis [tәqr. e.ә. 1334–06] çar oldu. II Mursilis, demәk olar ki, fasilәsiz müharibәlәr apararaq Kiçik Asiyanın q.-indә Artsavanı darmadağın etdi, ş.-dә Aşşur tәrәfindәn Mitanninin işğalına imkan vermәdi, şm.-da kaskları ram etdi. Daxili siyasәtdә II Mursilis I Suppiluliumasın sonuncu arvadı ilә münaqişәni dinc yolla hәll etmәyә nail oldu. II Mursilisin oğlu II Muvatallisin [tәqr. e.ә. 1306–1282] dövründә Ahhiyava tәrәfindәn dәstәklәnәn Kiçik Asiya hakimlәrinin separatçılığı güclәndi. Misirlә qarşıdurma taktiki cәhәtdәn misirlilәrin, strateji cәhәtdәn isә hettlәrin qәlәbәsi ilә nәticәlәnәn Kadeş yaxınlığındakı vuruşmaya gәtirib çıxardı, Aşşur Yuxarı Mesopotamiya uğrunda mübarizәni davam etdirdi, kasklar isә şm.-dan tәzyiqlәrini güclәndirdilәr. II Muvatallis siyasi, yaxud ideoloji mәqsәdlә paytaxtı Tarhuntassasa köçürdü, lakin onun oğlu Urhi-Teşşub [tәqr. e.ә. 1282–75] paytaxt funksiyalarını Hattusasa qaytardı. Daxili siyasi münaqişә gedişindә Urhi-Teşşuba qalib gәlәn әmisi III Hattusilis [tәqr. e.ә. 1275–45] Misirlә sülh müqavilәsi bağladı vә H.ç.-nın digәr istiqamәtlәrdә dә mövqeyini bәrpa etdi. III Hattusilisin oğlu IV Tudhaliyasın (Tudhaliya) dövründә [tәqr. e.ә. 1245–15] H.ç.-nın siyasәtinә onun anası Puduhena böyük tәsir göstәrirdi. IV Tudhaliyas Kiçik Asiyanın q.-indә aparılan müharibәlәrdә cuzi müvәffәqiyyәt qazandı, ş.-dә isә özünün suriyalı vassalları vә Alasiya (Kipr) ilә ittifaqda Aşşuru iqtisadi blokadaya alaraq onunla mübarizә apardı. IV Tudhaliyasın dövründә çoxsaylı әzәmәtli mәbәdlәrdә әks olunan hett panteonunun sistemlәşdirilmәsi başa çatdırıldı. IV Tudhaliyasın hökmranlığının son illәrindә, yaxud oğlu III Arnuvandasın [tәqr. e.ә. 1215–10] dövründә III Hattusilisin varislәrinin vә Tarhuntassada hakimiyyәtdә olan H.ç.-nın taxt-tacına iddialı II Muvatallisin nәsillәri arasında müharibә yenidәn başlandı. Bu müharibәnin nәticәsindә H.ç. zәiflәdi, Suriya vassaları (o cümlәdәn Uqarit) isә Misirin hakimiyyәtinә qayıtmağa cәhd göstәrdilәr. Sonuncu çar II Suppiluliumas [tәqr. e.ә. 1210–1185] Tarhun tassası tabe etdi, H.ç.-nın Suriyada vә Kiprdә mövqeyini bәrpa etdi. H.ç. bir sıra tәbii kataklizmlәr vә “dәniz xalqları”nın basqınından sonra süqut etdi. Sonuncu hadisә onun mәhvinә gәtirib çıxaran hәlledici amillәrdәn biri oldu. Dәmir dövründә H.ç.-nın әnәnәlәrini Karhemişdә vә s. mәrkәzlәrdә hett çar sülalәsinin yan qollarından olan nümayәndәlәr davam etdirsәlәr dә, yenidәn vahid dövlәt yarada bilmәdilәr.
    Hett çarlığı. E.ә. 1350–1300 illәr.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU