Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HETT-LÚVİYA DİLLƏRİ
    HETT-LÚVİYA DİLLƏRİ, A n a d o l u d i l l ә r i – hind-Avropa dillәrinin ölü qolu (qrupu). Tәqr. e.ә. 2-ci minilliyin әvvәllәri – eramızın 1-ci minilliyinin әvvәlindә Anadoluda (Türkiyә) yayılmışdı: hett dili, Luviya dili (mixi vә onun dialekti Luviya heroqlif dili) vә Pala dili onun mәrkәzi vә c.-ş. hissәsinә, Likiya dili, Lidiya dili, Kariya dili, Side vә Pisidiya dillәri c.-q. hissәsinә aid idi. Sonuncu iki dil şәrti olaraq coğrafi (Side dilinin abidәlәri Side vә Selevkiyada, Pisidiya dilinin abidәlәri Pisidiyada tapılmışdır), xronoloji vә paleoqrafik meyarlara görә 2 qrupda birlәşdirilәn ithaf vә qәbirüstü (әsasәn, xüsusi adlardan ibarәt) yazıların tәhlili әsasında ayırd edilir. E.ә.1-ci minilliyin sonu – eramızın 1-ci minilliyinin әvvәli antik müәlliflәrin әsәrlәrindәki şәrhlәrә әsasәn Kiçik Asiyanın müxtәlif vilayәtlәrindә (Kappadokiya, Kilikiya, Likaoniya, Paflaqoniya vә s.) bir sıra idi om fәrqlәnirdi; ehtimal ki, onlardan bәzilәri H.-L.d.-nә aid idi. H.-L.d.-nin ulu vәtәni, yәqin ki, Qәrbi Anadolu olmuşdur, ayrı-ayrı Anadolu tayfaları oradan ş.-ә tәrәf köçmüşdür. E.ә. 2-ci minilliyin ortalarında – tәqr. e.ә. 300 ildә H.-L.d. ehtimal ki, bütün Cәnubi Kiçik Asiya vә onun mәrkәzi hissәsinin böyük әrazisindә yayılmışdı. E.ә. 2-ci minilliyin sonlarında frigiyalıların vә b. xalqların Balkanlardan miqrasiyası nәticәsindә bu dillәr Anadolunun şm.-q. hissәsindәn sıxışdırılıb çıxardılmışdır. Ellinizm dövründә Anadoluda H.-L.d. tәdricәn yunan dili tәrәfindәn sıxışdırılmış, lakin uzaq dağlıq rayonlarda bu proses, ehtimal ki, yalnız eramızın 1-ci minilliyinin ortalarında başa çatmışdır. H.-L.d. leksik vә morfoloji izoqloslara görә genetik ümumilikdә birlәşir. Müasir hind-Avropa tәdqiqatçılarının çoxu bu qolun hind-Avropa dillәrindәn birinci ayrıldığını hesab edir (e.ә. 4-cü minillikdәn gec olmayaraq; “The Global Lexicostatistical Database” layihәsinin mәlumatına görә, e.ә. 5-ci minilliyin sonunda). H.-L.d.-nin әksәriyyәtinә dair kifayәt qәdәr mәlumat olmadığı üçün hett-Luviya dil ağacının etibarlı versiyasını irәli sürmәk mümkün deyildir. Bir sıra fonetik vә morfoloji izoqloslara әsasәn hesab edilir ki, hett-Luviya ulu dilindәn hett dili, daha sonra Lidiya, ondan sonra Pala, son olaraq Luviya qrupu dillәri (Luviya, Likiya, Kariya) ayrılmışdır. Hett-Luviya ulu dili flektiv tipli sintetik dillәrә aiddir. Şәkilçi vasitәsilә sözdüzәltmә xarakterikdir, ön şәkilçilәr tәmsil olunmamışdır. Hett-Luviya ulu dilinin qrammatik xüsusiyyәtlәri hett dilinin xüsusiyyәtlәri ilә üst-üstә düşür. Bununla bәrabәr, Luviya dillәri (hәr halda, Luviya dilinin özü) ad sözdәyişmәlәrindә aqlütinativliyin tәdricәn inkişafını göstәrir. İsim, sifәt, әvәzlik, feil, müxtәlif sabit sözlәr H.-L.d.-ndәki nitq hissәlәridir. Hett-Luviya ulu dili üçün hett vә Pala dillәrindә saxlanılan, Luviya dilindә isә aradan çıxmış –antşәkilçisi ilә düzәlәn feili sifәtlәr sәciyyәvidir. Hett-Luviya ulu dili parçalanmış erqativliyә vә aktiv morfosintaksis elementlәrinә malik nominativ quruluşlu dillәrә aiddir. Əsas söz sırası “subyekt+obyekt+predikat” şәklindәdir. H.-L.d.-nin әsas lüğәt fondu çox sayda ümumi hind-Avropa köklәrini özündә saxlamışdır. Hett (e.ә. 17–13 әsrlәr), Pala (e.ә. 17– 13 әsrlәr) vә Luviya (e.ә. 16–7 әsrlәr) dillәrinin abidәlәrindә qәdim Babil mixi yazısından intişar edәn söz-hecalı mixi yazısından istifadә olunmuşdur. Luviya dili üçün hәmçinin mәxsusi yaradılmış söz-hecalı heroqliflәr dә geniş işlәdilmişdir. Likiya (e.ә. 5–4 әsrlәr), Lidiya (e.ә. 8–2 әsrlәr), Kariya (e.ә. 7–4 әsrlәr), Side (e.ә. 4–2 әsrlәr) dillәrinin abidәlәri yunan tipli hәrfi yazı ilә, Pisidiya dilindә kitabәlәr (qәdim era ilә yeni eranın ayrıcında) yunan yazısı ilә icra olunmuşdur.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU