Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HETTŞÜNASLIQ 
    HETTŞÜNASLIQ – Kiçik Asiya xalqlarının (hettlәrin, luviyalıların, palalıların, hattlarınhurrilәrin) tarixini, mәdәniyyәtini vә heca yazılarını (mixi vә heroqlifik yazıları әsasında) tәdqiq edәn elmlәr kompleksi; hett dilini vә onunla bağlı olan digәr dillәri – hett-Luviya dillәrini, hatt dilini vә hurri dilini (bax Hurri-Urartu dillәri) vә onların yazılarını öyrәnәn dilçilik bölmәsi. Aşşurşünaslığın bölmәsi; hәmçinin Anadoluşünaslığın bölmәsi – ellinizmәqәdәrki Kiçik Asiya xalqlarının (o cümlәdәn likiyalıların, lidiyalıların, kariyalılarn vә b. әlifba yazı sistemlәrindәn istifadә edәn xalqların) tarixini, mәdәniyyәtini vә yazı sistemlәrini tәdqiq edәn elmlәr kompleksi. Hett çarlığının arxivlәrindәn tapılmış hurri dilinin yazılı abidәlәrinin tәdqiqi H.-ın bir hissәsi hesab olunur (әtraflı mәlumat üçün bax Hurrişünaslıq mәqalәsinә). Hett çarlığının kәşfinә 17–19 әsrlәrdә ona mәxsus abidәlәrin (o cümlәdәn Hattusasın) sporadik aşkar edilmәsi sәbәb olmuşdur. Suriyada vә Anadoluda Luviya heroqlifik kitabәlәri haqqında toplanan mәlumatlar 1870-ci illәrdә onların hett mәdәniyyәtinә mәnsubluğu ilә bağlı müzakirәlәrә gәtirib çıxarmışdı. “Hett mәsәlәsi”-nin hәlli üçün Bibliya әnәnәsinin, Misir vә Aşşur-Babil mәnbәlәrinin mәlumatları cәlb edilmişdi [V.Rayt, A.H.Seys (hәr ikisi B.Britaniya)]. Hett dilindә mixi yazılı mәtnlәr ilk dәfә 1888 ildә Amarna arxivindә (H.Vinkler, Almaniya), 1893 ildәn Kiçik Asiyada (E.Şantr, Fransa) aşkar olunmuşdur. Paralel olaraq Luviya heroqlifik mәtnlәri aşkara çıxarılırdı (onların tәdqiqindә rus şәrqşünasları Y.F.Lundkvist, Y.İ.Smirnov vә B.A.Turayev iştirak etmişlәr). Zincirlidә [F. fon Luşan (Almaniya) 1888, 1890–91, 1894, 1902] vә Karhemişdә [Ç.L.Vulli (B.Britaniya), 1912–14, 1920)] son hett dövrünә aid mәrkәzlәrdә qazıntılar aparılmış, 1906 ildә isә H.Vinkler Boğaz köydә Boğazköy arxivini aşkarlamışdı. 19 әsr әrzindә Likiya kitabәlәri nәşr vә tәdqiq edilmişdi; onların çoxu 19 әsrin sonlarında deşifrlәnmişdi. E.Kalinka tәrәfindәn Likiya mәtnlәrinin geniş külliyyatı toplanmış vә nәşr olunmuşdur (1901–30). Hattusasda 1906 ildәn aparılan qazıntıların gedişindә mixi yazılı mәtnlәrin geniş materialının toplanması 1915 ildә B.Qroznıya hett dilini deşifrlәmәyә vә onun hind-Avropa xarakterini müәyyәnlәşdirmәyә imkan vermişdir. 1910-cu illәrin sonlarından hett yazılı mәnbәlәrinin tәdqiqi [F.Zommer, A.Götse, H.Eyelolf (hamısı Almaniya)], Luviya heroq liflәrinin deşifrlәnmәsi [İ.Gelb, H.T.Bossert (Almaniya), P.Merici (İtaliya), E.Forer (İsveçrә)] davam etdirilmişdir. E. Forer vә B. Qroznı hett, Luviya vә Pala dillәrinin qohumluğunu müәyyәnlәşdirmiş, Boğazköy arxivindә hatt vә hurri dillәrindә mәtnlәr aşkarlamışdılar (1919–22). E.Störtevant hett dilinin ilk müqayisәli-tarixi qram matikasını yaratmış, ulu hind-hett dilinin hett-Luviya qoluna vә hind-Avropa qollarına ayrıldığına dair mülahizә irәli sürmüşdür. Y.Kuriloviç, E.Benvenist, K.Uotkins (ABŞ) hett materialının hind-Avropa rekonstruksiyası üçün vacibliyini vurğulamışlar. Luviya dilinin digәr hind-Avropa vә hett-Luviya dillәri ilә әlaqәlәri B.Rozenkrants, H.Otten (Almaniya), E.Laroş (Fransa); Pala mәtnlәri Otten, A.Kammenhuber (Almaniya) tәrәfindәn öyrәnilmişdir. Lidiya vә Likiya dillәrinin tәhlili üçün müqayisәli-tarixi metodu ilk dәfә P.Merici (1936) tәtbiq etmişdir. H.Pedersen Likiya dilinin hett-Luviya dillәri mәnsubluğunu sübut etmiş, G.Noyman (Almaniya) onun qrammatik oçerkini nәşr etdirmişdir (1969). 20 әsrin ortalarında H. müstәqil fәnnә çevrilmiş, Almaniya ilә yanaşı, ABŞ-da, Rusiyada, Türkiyәdә vә digәr ölkәlәrdә milli mәktәblәr formalaşmışdır. 20 әsrin ikinci yarısı – 21 әsrin әvvәllәrindә hett mәtnlәrinin tarixinin dәqiqlәşdirilmәsi üçün paleoqrafik vә dil meyarları işlәnib hazırlanmışdır [H.Q.Güterbok (ABŞ), H.Otten, E.Noy]. Hett mәtnlәri korpusu sistemlәşdirilmişdir (E.Laroş, 1971). Hett dili qrammatikasının әsasları [İ.Fridrix (1940), H.Kronasser (Almaniya, 1962–66), H.Hoffner vә K.Melçert (ABŞ, 2008)], hett dilinin çoxsaylı lüğәtlәri [İ.Fridrix, A.Kammen huber, Güterbok, Hoffner, Y.Puhvel (ABŞ), İ.Tişler (ABŞ), A.Klukhorst (Niderland), A.Yunal (Türkiyә)] işlәnib hazırlanmışdır. Qaratәpәdә Luviya-Finikiya bilinqvasının kәşfi (1947) vә bir sıra işarәnin oxunmasının dәqiqlәşdirilmәsi [C.D.Hokins (B. Britaniya), A.Morpurqo-Deyvis (İtaliya, ABŞ), G.Noyman, 1974] Luviya dilinin deşifrlәnmәsinin son mәrhәlәsi olmuşdur. Laroş Luviya mixi yazısı haqqında sanballı әsәr (1960) vә bu dilin lüğәtini (1959), P.Merici Luviya heroqlifik dilinin qrammatikasını (1966) vә lüğәtini (1962), hәmçinin 2 cilddә Luviya mәtnlәrini (1967, 1975) nәşr etdirmişlәr. Luviya mәtnlәri korpusu da çap olunmuşdur (Hokins, 1995–2000). R.Qusmani (İtaliya) qısa qrammatik oçerk vә mәtnlәrdәn ibarәt Lidiya lüğәtini (1964), Melçert Likiya dilinin tam lüğәtini (1993) nәşr etdirmişlәr. Hett-Luviya dillәrinin müqayisәli-tarixi fonologiyasına dair ilk әsәrdә Melçertә mәxsusdur (1994). Hatt dilinin tәdqiqi üçün Laroşun vә Kammenhuberin әsәrlәri (1950–70-ci illәr), hәmçinin H.-S.Şuster (Almaniya) tәrәfindәn hatt mәtnlәrinin nәşri (1974, 2002) vә hatt dilinin qrammatikaları [X.Girbal (Almaniya, 1986) vә O.Soysal (ABŞ, 2004; tam lüğәtlә birgә)] mühüm әhәmiyyәt kәsb edir. 21 әsrdә hurri-Urartu dillәrinin ümumilәşdirilmiş qrammatikaları vә lüğәti [M. Corcerinin (İtaliya, 2000) vә İ.Veqnerin (Almaniya, 2007) qrammatikaları, T.Rixterin (Almaniya, 2012) lüğәti] çap olunmuşdur; “Corpus der hurritischen Sprachdenkmäler” (İtaliya) mәtnlәrinin çoxcildlik nәşri davam etdirilir. Hattusasda qazıntıların davam etdirilmәsi ilә yanaşı, İnandıktәpә [R.Tәmizәr (Türkiyә, 1966–67)], Maşat höyük [hett dilindә Tapiqqa; T. Özgüc (Türkiyә, 1973–84)], Quşaqlı [hett dilindә Sarissa, A.Müller-Karpe (Almaniya, 1992–2004)], Orta köy [hett dilindә Sapinuva; A.Süel (Türkiyә, 1990 ildәn)], Qayalıpınar [hett dilindә Samuha, Müller-Karpe ( 2005 ildәn)] vә s. kimi әyalәt mәrkәzlәrindә dә tәdqiqatlar aparılır. 21 әsrin әvvәllәrindәn H. ABŞ-da vә Almaniyada daha intensiv inkişaf edir; İtaliyada, B.Britaniyada, Fransada, İsraildә vә Türkiyәdә H. mәktәblәri formalaşmışdır; bir çox ölkәdә H.-la bağlı ayrı-ayrı tәdqiqatlar aparılır. “Revue hittite et asianique” jurnalının nәşrinin (1930–79) dayandırılmasından sonra H. Qәdim Şәrqә dair beynәlxalq jurnalların sәhifәlәrindә mühüm yer tutur, ildә bir dәfә Fransa-Belçika “Hethitica” jurnalı nәşr olunur. 1990 ildәn hәr 3 ildәn bir beynәlxalq hettşünaslıq konqreslәri keçirilir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU