Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HÉYDELBERQ
    HÉYDELBERQ (Heidelberg) – AFR-in q.-indә, Baden-Vürtemberq federal әrazisinin şm.-ında şәhәr. Əh. 61,8 min (2019). Nekkar çayının Reyn çayına töküldüyü yerin yaxınlığında gәmi dayanacağı. Avtomobil vә d.y.-ları qovşağı. Keçmiş Roma qalasının yerindә salınmış yaşayış mәskәninin (heç birinin adı mәlum deyil) әrazisindә (tәqr. 260 ildә bunlar allemanlar tәrәfindәn dağıdılmışdı) әsası qoyulmuşdur. Yazılı mәnbәlәrdә ilk dәfә 1196 ildә qeyd edilir. 1214 ildә Vittels baxların mülkiyyәtinә keçmiş, 1225 ildәn onların iqamәtgahlarından biri olmuşdur. 1329 ildәn Vittelsbaxların Pfalts qolunun mülkü olmuş, 1720 ilәdәk onların әsas iqamәtgahı vә Reyn Pfaltsının inzibati mәrkәzi idi. 1386 ildә yaradılmış Heydelberq Un-ti alman humanizmi vә Renessansının mәrkәzlәrindәn biri, sonrakı illәrdә isә Almaniyanın mühüm mәdәniyyәt vә tәhsil mәrkәzi olmuşdur. 1689 vә 1693 illәrdә Pfalts irsi uğrunda müharibәnin gedişindә H. fransız qoşunları tәrәfindәn tamamilә dağıdılmışdı. 1803 ildәn Baden kurfürstlüyünün (1806 ildәn Böyük Baden hersoqluğu) tәrkibindә idi. 19 әsrin әvvәllәrindә Heydelberq romantizminin mәrkәzi olmuşdur. 1952 ildәn AFR-in Baden-Vürtemberq federal әrazisinin tәrkibindәdir. 1952–2013 illәrdә H.-dә Avropadakı Amerika qoşunlarının (USAREUR/7th Armу) mәnzil-qәrargahı vә NATO qüvvәlәrinin Ali Baş Komandanlığı (“Joint Headquarters Centre”) yerlәşirdi. Qırmızı qumdaşıdan inşa edilmiş tikili olan Köhnә şәhәr Nekkar çayının sol sahili ilә q.-dәki silsilә tәpәlәr boyunca uzanır. Şәhәr çayın digәr sahili ilә 18–19 әsrlәrә aid körpülәrlә birlәşir. H. qәsrinin (qırmızı qumdaşı, 13 әsrdә tikilmişdir; inşası başa çatmamışdır, 17 әsrdә dağılmış, qismәn bәrpa edilmişdir) saxlanılmış hissәlәri [“Şüşә zal”, 1544–46; parkla (1615, memar Salomon de Qo) әhatә olunmuş Otton Henrix (1556–59), Fridrix (1601–07, memar Y.Şox) vә ingilis (1612–15) fligellәri] alman İntibahı vә erkәn barokko dövrünün әn gözәl abidәlәrindәndir. Qotika üslubunda Müq. Ruh (1400–36) vә Müq. Pyotr (1485–96, 19 әsrdә yenidәn tikilmişdir) kilsәlәri, barokko üslubunda Ratuşa (1701–05), Müq. Anna hospitalı vә s. var. H. elm vә tәhsil mәrkәzidir.
    Heydelberq şәhәrindәn görünüş.
    Burada çox sayda elmi tәdqiqat müәssisәlәri, o cümlәdәn Heydelberq EA (1909), Alman xәrçәng tәdqiqatları mәrkәzi (әvvәllәr Eksperimental xәrçәng tәdqiqatları in-tu – Almaniyada ilk), Radiologiya in-tu, Gen tәdqiqatları mәrkәzi, Avropa molekulyar biologiya laboratoriyası, Maks Plank ad. Cәmiyyәtin bir sıra in-tu vә s., hәmçinin bir neçә iri klinika fәaliyyәt göstәrir. Rәsәdxana (1897) var. Ali tәhsil müәssisәlәri bunlardır: Kilsә musiqisi in-tu (1931), Pedaqoji in-t (1962; 1971 ildәn elmi in-t), Şiller beynәlxalq un-ti (1964), Yәhudi mәdәniyyәti vә dini in-tu (1979) vә s.; Kurpfalts (әsası 1879 ildә qoyulmuşdur; bina 1712), arxeologiya (1835), antik dövr, sakral incәsәnәt vә liturgiya. H. rәssamlıq qalereyası, K.Boş (1998) vә F.Ebert memorial muzeylәri xidmәt göstәrir. Şәhәr teatrı (1853 ildә tikilmişdir; opera, balet vә dram tamaşaları qoyulur), “Svinger – 3” uşaq vә gәnclәr teatrı, “Teter teater” vә s.; H. Filarmonik orkestri (1889), H.Bax xoru (1885) vә bir çox digәr kollektivlәr fәaliyyәt göstәrir. Açıq sәma altında yay musiqi-teatr festivalı (Qәsr festivalı) keçirilir. 1972 ildә H.-dә 4-cü yay paralimpiya oyunları keçirilmişdir. Ən populyar idman növü reqbidir. “USK Heidelberg” basketbol klubu 13 dәfә Almaniya çempionu (1948–77) olmuşdur. H.-dә әsası 1890 ildә qoyumuş Almaniyanın әn qәdim tennis klublarından biri yerlәşir. Ş. iqtisadiyyatında xidmәt sferası (işlәyәnlәrin tәqr. 85%-i; tәqr. 15 min iş yerini Heydelberq un-ti tәmin edir) üstünlük tәşkil edir. Bank-maliyyә, sığorta, sosial, işgüzar xidmәtlәr, hәmçinin ETTKİ. Nәqliyyat vә ticarәt inkişaf etmişdir. H. mühüm turizm (ildә tәqr. 12 mln. nәfәrdәn çox; әsasәn, ABŞ, B.Britaniya, Aİ vә körfәz ölkәlәrindәn) mәrkәzlәrindәn biridir. Sәnaye müәssisәlәrinin ixtisaslaşması un-t vә elmi-tәdqiqat müәssisәlәri (poliqrafiya istehsalı, tibbi vә poliqrafiya avadanlıqlarının buraxılması vә s.) ilә әlaqәdardır. H.-dә kiçik radioelektron vә әczaçılıq (o cümlәdәn eksperimental istehsal vә kişikseriyalı elmtutumlu mәhsullar) sәnayesi müәssisәlәri fәaliyyәt göstәrir. H. yaxınlığında Heydelberq adamının qalıqları tapılmışdır.
    Heydelberq qәsri.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU