Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HEYDELBERQ ADAMI
    HEYDELBERQ ADAMI (Homo heidelbergensis) – Homo nәslindәn qazıntı insanı. 1907 ildә Heydelberq yaxınlığındakı Mauer k.-ndә O. Şötenzak tәrәfindәn tapılmış çәnә sümüyünә görә adlandırılmışdır. H.a. üçün növdaxili dәyişikliyin yüksәk dәrәcәsi, hәmçinin neandertaloid kompleksinin zәif ifadә olunması ilә yanaşı arxaik (erektoid) vә mütәrәqqi (sapient) әlamәtlәrin kontrast (mozaik) şәkildә birlәşmәsi sәciyyәvidir: qafatasının hәcmi (orta hesabla 1100–1200 sm3) Neandertal adamı ilә müqayisәdә daha az, kәllә qapağı isә iridir; arxaik әlamәtlәri kәllә qapağı sümüklәrinin çox qalın, peysәr sümüyünün isә iri olmasıdır; peysәrin dәyirmi, “sapient” forması; kәllә әsasının sәrt şәkildә bükülmәsi (nitq funksiyası ilә әlaqәlәndirilәn sapient әlamәti) vә s. H.a. taksonunun növ vahidliyi bәzi antropoloqlar tәrәfindәn tanınmır. H.a., ehtimal ki, Afrikada tәqr. 900 min il әvvәl (әn qәdim tapıntı olan Efiopiyadakı Bodo kәllәsi 600 min il әvvәlә aiddir) meydana gәlmişdir. Onun sәlәfi Homo ergaster olmuşdur. H.a.-na Afrikadakı (Rabat, Mәrakeş, 250 min il әvvәl; Saldanya, CAR, 200 min il әvvәl; Kabve, Zambiya, 120 min il әvvәl; Eyassi-1, Efiopiya, 36 min il әvvәl vә s.) vә Ön Asiyadakı (Mağarat әz-Züttiyyә, İsrail, 350–250 min il әvvәl) erkәn arxaik sapienslәri, Qafqazdakı (Azıx, Azәrbaycan, 400–350 min il әvvәl), Hindistandakı (Xatnor, Madhya-Pradeş ştatı, tәqr. 250 min il әvvәl), Çindәki (Yunsyan, 350 min il әvvәl; Szinnyuşan, 300–200 min il әvvәl; Dali, 200–100 min il әvvәl; Çaosyan, 200–160 min il әvvәl) vә İndoneziyadakı (Yava a.-nda Nqandonq, 100 min il әvvәl) tapıntıları aid etmәk olar. Ehtimal ki, H.a. tropik qurşaq hüdudlarından kәnarda mәskunlaşan ilk insan idi. Tәqr. 800 min il әvvәl H.a.-nın Cәbәlüttariq boğazı, yaxud Siciliya a. (Atapuerka vә Çepranodakı tapıntıları onun erkәn tәmsilçilәri hesab etmәk olar) vasitәsilә Şimali Afrikadan köçәrәk Avropada mәskunlaşması güman edilir. H.a. üçün sәciyyәvi әlamәtlәr әvvәllәr Homo sapiensin (“sapienslәrәqәdәrkilәr” adlanırdılar), yaxud Neandertal adamının (“neandertallaraqәdәrkilәr” adlanırdılar) birbaşa әcdadları hesab olunan, Mindel-Ris dövründә, 450–300 min il әvvәl Qәrbi vә Mәrkәzi Avropada (Araqo, Petralona, Fonteşevad, Şteynheym, Svanskomb, Verteşsöleş vә s.) mәskunlaşmış insanlarda da qeyd edilir. H.a.-nın qalıqları çox vaxt Aşöl daş industriyası ilә müşayiәt olunur. Tapıntıları Ris dövrünün sonu vә Ris-Vürm buzlaqlararası dövrünә aid (140–75 min il әvvәl) vә Mustye industriyası ilә müşayiәt olunan qeyriti pik Neardertal adamını (Erinqsdorf, Sakkopastore, Cәbәlüttariq, Abri-Süar, Qanovtse) H.a.-nın Avropada son tәmsilçisi hesab etmәk olar; sonralar bu forma, ehtimal ki, “klassik” Neandertal adamına çevrildi. Bax hәmçinin Antropogenez.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU