HEYDELBERQ UNİVERSİTETİ, R u p r e x t – K a r l a d ı n a – Almaniyanın әn qәdim ali tәhsil müәssisәsi. 1386 ildә Heydelberqdә kurfürst I Ruprext tәrәfindәn Sorbonna nümunәsi üzrә yaradılmışdır. Tәrkibindә 4 әnәnәvi fakültә – müstәqil sәnәtlәr (16 әsrdә fәlsәfә fakültәsinә çevrilmişdir), ilahiyyat, tibb vә hüquq fakültәlәri vardı. Un-tin tikintisi Vatikanın dәstәyi ilә aparılmışdı. İlk rektoru alim Marsili İngenli olmuş, ilk professorları Paris vә Praqadan dәvәt edilmişdilәr. 15 әsrin sonu – 16 әsrin әvvәllәrindә un-tdә dәrs deyәn alimlәrin (o cümlәdәn filoloq-humanist İ.Reyxlinin) sәyi ilә H.u. humanizm vә kalvinizm mәrkәzlәrindәn birinә çevrilmişdi. Otuzillik müharibә (1618–48) dövründә un-t dә dağıntıya mәruz qaldı, 1693 ildә isә fransız qoşunları tәrәfindәn yandırıldı. H.u.-nin tәhsil vә elm mәrkәzi kimi yüksәlişi Heydelberqin Badenә birlәşmәsindәn (1803) sonra baş verdi. Un-t Ruprextin vә Karlın (böyük Baden hersoqu Karl Fridrixin) adlarını daşımağa başladı. Un-tdә görkәmli alimlәr: G.V.F.Hegel, K.Fişer, K.Yaspers, sosioloq M.Veber, kimyaçı R.Bunzen, fizik Q.R.Kirxhof, tәbiyyatşünas G.Helmqolts, tarixçi F.K.Şlosser, әdәbiyyat tarixçisi F.Qundolf, filoloq İ.H.Foss vә b. fәaliyyәt göstәrmişlәr; 8 Nobel mükafatı laureatı, fiziklәr F.E.A.Lenard, V.Bote, H.Yensen, biokimyaçılar A.Kossel, O.Meyerhof, kimyaçılar R.Kun, G.Vittiq, biofizik B.Zakman işlәmişlәr. Un-tin tәrkibindә 15 fakültә, 100-ә yaxın elmi tәdqiqat in-tu vә elmi mәrkәz, o cümlәdәn in-tlar: Cәnubi Asiya, sinologiya, xәrçәngin tәdqiqi; Molekulyar biologiya mәrkәzi vә s.; bir neçә klinika, Almaniyanın әn iri kitabxanası (әsası 1386 ildә qoyulmuşdur; tәqr. 3,5 mln. kitab, 5 mindәn artıq dövri nәşr, 2005), muzey var. 15%-i әcnәbi olmaqla 27 mindәn çox tәlәbә tәhsil alır (2009).

Heydelberq universitetinin kitabxanası.










