Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HEYDƏR AMOLİ
    HEYDƏR AMOLİ ( ), Seyyid Bәhaәddin Heydәr ibn Əli (1319, İran, Amol – tәqr. 1385, İraq, Nәcәf) – islam ilahiyyatçısı, filosof, tәsәvvüf nәzәriyyәçisi. Hüseyn ibn Əlinin nәslindәn olduğuna görә Əlәvi vә Hüseyni nisbәlәriylә dә xatırlanır. Əstәrabad vә İsfahanda tәhsil almışdır. Bavәndi hökmdarı Fәxrüddövlә Hәsәnin [1334-49] sarayında çalışmış, tәsәvvüfә yönәldikdәn sonra saraydan uzaqlaşmışdır. Amolda H.A.-nin mәzarı üzәrindә riyaziyyatçı alim İzzәddin Amoli türbә inşa etdirmiş (16 әsr), özü vә hәmçinin daha bir alim hәmin türbәdә dәfn olunmuşdur. Ortodoks ilahiyyatla tәsәvvüf arasında barışdırıcı mövqe tutan H.A. göstәrirdi ki, әsl mömin eyni zamanda hәm dә sufidir. Onun “sınanmış mömin” (“mömini-mümtәhan”) adlandırdığı әsl mömin zahiri şәriәt hökmlәrinin batini yönünә bәlәd olan insandır. H.A.-yә görә, şәriәtә dair zahiri biliklәr mәzhәb, batini biliklәr isә sufilikdir. Bu yanaşma ona namaz, oruc, Hәcc, cihad kimi ehkamları tәsәvvüf baxımından şәrh etmәyә imkan vermişdir. Belәliklә, H.A. fiqhictihada qarşı tәsәvvüfә әsaslanan düşüncә tәrzini önә çәkmişdir. İbn Ərәbi fәlsәfәsindәn әsaslı şәkildә bәhrәlәnәn H.A. onun vәhdәti-vücud nәzәriyyәsi sayәsindә tәsәvvüfün hәm dә fәlsәfә ilә ortaq nöqtәyә gәldiyini göstәrmişdir. H.A.-nin fәlsәfi sistemindә vilayәt (yer üzündә Vәhydәn sonrakı ilahi hakimiyyәt) anlayışı mәrkәzi yeri tutur. Ona görә, tövhid (ilahi substansiyanın vahidliyi) anlayışı zahiri vә hәqiqi olmaqla iki cürdür. Peyğәmbәrlәrin tәlimi zahiri tövhiddәn ibarәtdir. Əsl hәqiqәti öyrәdәnlәr mәhz övliyalardır. H.A. İbn Ərәbidәn fәrqli olaraq göstәrirdi ki, yer üzündә ilahi hakimiyyәt İsa Mәsihlә deyil, Mehdi ilә tamamlanacaq. O, tәsәvvüfdәki qütb anlayışı ilә imamiyyә әqidәsindәki Mehdi anlayışını eynilәşdirirdi. H.A. әsәrlәrinin çoxunu ömrünün son otuz ilini keçirdiyi Nәcәf ş.-ndә yazmışdır. Əsas әsәrlәri: “Camiül-әsrar vә mәnbәül-әnvar” (“Sirlәrin mәcmusu vә nurların mәnbәyi”), “Əsrarüş-şәriә vә әtvarüt-tәriqә vә әnvarül-hәqiqә” (“Şәriәtin sirlәri, tәriqәtin mәrhәlәlәri vә hәqiqәtin nurları”), “Nәssün-nüsus” (“Mәtnlәr mәtni”, İbn Ərәbinin “Füsusül-hikәm”inin şәrhi), “Əl-Mühit әl-әzәm” (“Nәhәng okean”) vә s. Bәzi әsәrlәrini A.Korben tәdqiq vә nәşr etmişdir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU