HEYDƏR BƏY EVOĞLU, H e y d ә r b ә y ibn Əbül-Qasım bәy Evoğlu (? – 1664/65) – Sәfәvi tarixçisi. Azәrb.-ın evoğlu tayfasından idi. 1636/37 ildә I Sәfi [1629–42] tәrәfindәn eşikağasıbaşı tәyin edilmişdi. Saray münaqişәlәrindә iştirak etdiyi üçün II Abbasın [1642–66] әmri ilә edam olunmuşdur. H.b.E.-nun I Sәfiyә hәsr etdiyi “Mәcmә әl-inşa” әsәrindә 11–16 әsr hökmdarlarının mәktub, fәrman vә s. sәnәdlәri toplanmışdır. Toplu Azәrb.-ın orta әsrlәr tarixinin öyrәnilmәsindә mühüm mәnbәlәrdәn biridir.










