Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HEYDƏR ƏLİYEV FONDU
    HEYDƏR ƏLİYEV FONDU – Azәrb. Resp.-nda fәaliyyәt göstәrәn qeyri-hökumәt vә qeyri-kommersiya tәşkilatı. 2004 ildә yaradılmışdır. Fondun әsas vәzifәlәri Heydәr Əliyev irsinin öyrәnilmәsi, tәbliği vә ideyalarının hәyata keçirilmәsinә dәstәk vermәk; elm, tәhsil, mәdәniyyәt, sәhiyyә, idman, ekoloji sahәlәrә aid proqram vә layihәlәr hazırlayıb hәyata keçirmәk; yerli әhәmiyyәtli sosial problemlәrin hәllinә yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömәk göstәrmәk; Azәrb. Resp.-nın beynәlxalq nüfuzunun artırılması ilә bağlı tәdbirlәrin hәyata keçirilmәsinә yardım göstәrmәk; Azәrb. hәqiqәtlәrini dünya ictimaiyyәtinә çatdırmaq; dini tolerantlığın bәrqәrar olmasına, vәtәndaş cәmiyyәti quru culuğuna, qloballaşan dünyaya inteqrasiya prosesindә milli-mәnәvi dәyәrlәrin qorunub saxlanılmasına dәstәk vermәk vә s.-dir. Fondun prezidenti Azәrb. Resp.-nın 1-ci vitse-prezidenti, Azәrb. Mәdәniyyәt Fondunun prezidenti, YUNESCO vә İSESCO-nun xoşmәramlı sәfiri Mehriban Əliyevadır. Fondun işinә bilavasitә rәhbәrliyi İcraçı direktor hәyata keçirir. Ekspert Şurası (EŞ) qәbul olunan qәrarların sәmәrәliliyini vә effektivliyini tәmin edir. Bugünәdәk H.Ə.F.-nun hәyata keçirdiyi layihәlәr çәrçivәsindә Azәrb.-da 32 uşaq müәssisәsi vә 20-dәn çox uşaq bağçası әsaslı tәmir edilmiş, 412 mәktәb binası inşa olunmuş vә ya yenidәn qurulmuş; bir sıra tibb müәssisәsi inşa vә ya әsaslı tәmir edilmiş, yaxud yenidәn qurulmuş; 35 mindәn çox insan yerli klinikalarda müalicә edilmiş, 8 minә yaxın xәstә respublikanın müxtәlif tibb müәssisәlәrindә cәrrahiyyә әmәliyyatı olunmuş; ölkә vә dünya әhәmiyyәtli tarixi abidәlәr bәrpa edilmiş (Gәncәdә Cavad xan mәqbәrәsi, Comәrd Qәssab türbәsi, Gәncә qapıları, Bakıda A.Şaiqin ev muzeyi vә s.), yeni mәdәniyyәt ocaqları yaradılmış (Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, Bakıda Beynәlxalq Muğam Mәrkәzi, Xalça Muzeyi, Gәncәdә N.Gәncәvi Muzeyi, Mәhsәti Gәncәvi Mәrkәzi vә s.); Bakıda vә şәhәrәtrafı qәsәbәlәrdә, hәmçinin Şamaxı, Gәncә vә Qәbәlәdә mәscidlәr әsaslı tәmir edilmiş; mәcburi köçkün ailәlәri, Qarabağ müharibәsi veteranları, әlil, aztәminatlı vә çoxuşaqlı ailәlәr, uşaq evlәri vә internat mәktәblәrinin mәzunları üçün yaşayış binaları inşa edilmiş; çox sayda musiqi (mәs., muğam müsabiqәlәri, Qәbәlәdә Beynәlxalq Musiqi Festivalları) vә incәsәnәt festivalları (“Qız qalası” Beynәlxalq İncәsәnәt Festivalı, Qala Festivalı vә s.) keçirilmiş, sәrgilәr tәşkil olunmuş; ölkә әrazisindә milyonlarla ağac әkilmişdir. H.Ə.F. körpәlәr vә uşaq evlәrindә, internat mәktәblәrindә mütәmadi olaraq xeyriyyә aksiyaları keçirir. Azәrb. tarixi haqqında mәlumatların, o cümlәdәn Xocalı soyqırımının dünya ictimaiyyәtinә çatdırılması mәqsәdilә xarici ölkәlәrdә tәdbirlәr keçirilir, sәrgilәr tәşkil olunur, müxtәlif dillәrdә buklet vә kitablar nәşr edilir. H.Ə.F. elm, tәhsil, sәhiyyә, mәdәniyyәt, incәsәnәt sahәlәrindә bir sıra xarici ölkәlәrdә dә geniş fәaliyyәt göstәrir (Gürcüstan, Misir, Pakistan, Vyetnam, Rumıniya, Rusiya vә s. ölkәdә mәktәblәrin yenidәn qurulması vә ya әsaslı tәmiri; Pakistanda 30 mindәn çox insanın peyvәnd vә ya әmәliyyat edilmәsi, xәstәxana tikintisi vә tәmiri; Romada katakombaların, Bolqarıstanda “Trapezitsa” Memarlıq Muzeyi qoruğunun vә s.-nin bәrpası, Romada Kapitoli Muzeyinin “Filosoflar zalı”nın tәmiri vә s.; Haiti, İran, Türkiyә vә Pakistanda zәlzәlәlәrin, Rumıniyada tәbii fәlakәtin nәticәlәrinin aradan qaldırılmasına yardım vә s.). Fondun ABŞ, Rumıniya, Rusiya vә Türkiyәdә nümayәndәliklәri fәaliyyәt göstәrir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU